Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq – UN-Habitat rəhbəri

    16 May 2026 13:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq – UN-Habitat rəhbəri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq.

    VOA xəbər verir ki,bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rosbax Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumu (ITF) çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

    "Nazirlər bir araya gələcək və müzakirələrin yekunları əsasında Nyu-Yorkdakı siyasi diskussiyalara daxil ediləcəyinə ümid etdiyimiz yekun sənəd hazırlanacaq. Bundan əlavə, maraqlı tərəflər də var və Bakıdan fəaliyyətə çağırışın səsləndirilməsi gözlənilir ki, bu da həmin müzakirələrə daxil ediləcək", – deyə o bildirib.

    Rosbax Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumununun iyul ayında Nyu-Yorkda təqdim ediləcək BMT-nin Yeni Şəhər Gündəliyinin aralıq icmalının təqdim olunması ərəfəsində mühüm siyasi mərhələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu prosesə rəhbərlik edən həmsədrlər də şəxsən Bakıya gələcəklər ki, bu da görüşün qlobal şəhər siyasəti gündəmindəki əhəmiyyətini göstərir.

    "Baş Assambleyanın sədri Polşa və Norveçi həmsədr qismində müəyyən edib – onlar bizimlə Bakıda olacaqlar. Hesab edirəm ki, nazirlər tərəfindən də çoxsaylı təkliflər səsləndiriləcək və bunlar düşüncə və təhlil prosesində nəzərə alınacaq: növbəti on il üçün prioritetlər nələrdən ibarətdir? Qarşıdakı on ildə nələr edə bilərik?" – deyə UN-Habitat rəhbəri bildirib.

    O izah edib ki, qəbul edilməsindən on il ötən Yeni Şəhər Gündəliyi daha on il müddətinə nəzərdə tutulub və Bakıda keçiriləcək görüş onun gələcəkdə irəlilədilməsi üçün zəruri siyasi konsensusun formalaşdırılması baxımından həlledici məqam olacaq.

    "Bizə növbəti on il üçün Yeni Şəhər Gündəliyinin vəzifələrinin həyata keçirilməsi məqsədilə konsensus və güclü koalisiya formalaşdırmaq lazımdır. Bu konfransın rolu da məhz bundan ibarətdir", – deyə o bildirib.

    Azərbaycanla əməkdaşlıqdan danışan Rosbax UN-Habitat-ın artıq ölkə ilə fəal əməkdaşlıq etdiyini təsdiqləyib: Bakıda təşkilatın komandası və ofisi fəaliyyət göstərir, onlar hökumətə şəhərsalma sahəsində, o cümlədən ölkənin azad edilmiş ərazilərinin genişmiqyaslı bərpasında dəstək verirlər.

    "Bizim komandamız və Bakıda ofisimiz var və hökumətlə birlikdə şəhərsalma, həmçinin bu şəhər transformasiyasının planlaşdırılması istiqamətində işləyirik. Həqiqətən də, Bakıda diqqətçəkən nümunələr mövcuddur – Ağ Şəhərin şəhər transformasiyasının hekayəsi və sair", – deyə UN-Habitat rəhbəri əlavə edib.

    Rosbax həmçinin Ümumdünya Şəhərsalma Forumunun qeyri-adi formatını izah edib. Onun sözlərinə görə, forum Baş Assambleya tərəfindən maraqlı tərəflərin cəlb olunması mexanizmi kimi yaradılıb və zamanla BMT sistemində miqyasına görə ikinci ən böyük konfransa çevrilib. Forum tərəfdaşlar tərəfindən təşkil olunan təxminən 400 tədbiri əhatə edir.

    "Bu, maraqlı tərəflərin gəlib bizim işimizə və gündəliyimizə töhfə verdiyi platformadır. Tədbirlərin əksəriyyəti tərəfdaşlar tərəfindən keçirilir. Apardığımız bütün müzakirələr təcrübə mübadiləsinə əsaslanır – biz təcrübə paylaşır, təlimlər keçirir, potensialı inkişaf etdirir və sərgilər təşkil edirik. Hər şey mənzil məsələləri ətrafında cəmlənib", – deyə o bildirib.

    Rosbax qeyd edib ki, yaşayış yeri mövzusu təsadüfən seçilməyib. UN-Habitat-ın 2026–2029-cu illər üçün yeni strateji planı onun "qlobal yaşayış yeri böhranı" adlandırdığı problem ətrafında qurulub. Bu problem mənzil və torpağa çıxış, əsas xidmətlər, eləcə də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyasını əhatə edir və artıq 105 üzv dövlət tərəfindən dəstəklənib.

    "Şəhərlər üzləşdiyimiz bir çox çağırışların ön xəttindədir. Afrika və Cənub-Şərqi Asiyada urbanizasiya prosesi əvvəlki kimi çox sürətlə gedir. İki milyard insan şəhərlərə köçür – həmin şəhərlərdə isə ciddi infrastruktur çatışmazlığı mövcuddur", – deyə o bildirib.

    Nəqliyyat sammitində iştirakın əsas məqsədləri barədə sualı cavablandıran Rosbax vurğulayıb ki, şəhər mobilliyi və mənzil siyasəti bir-biri ilə sıx bağlı sistemlərdir və onların ayrı-ayrılıqda planlaşdırılması hər iki sahədə problemlərə səbəb olur.

    "Nəqliyyat və şəhər mobilliyi bu prosesin ayrılmaz hissəsidir. Çünki bəzən nəqliyyat mənzildən daha sürətlə inkişaf edir, bəzən isə əksinə – mənzil nəqliyyatdan daha sürətlə inkişaf edir və bu, işləmir. Düzgün planlaşdırma olmadan dayanıqlı mobilliyi təmin etmək mümkün deyil", – deyə Rosbax əlavə edib.

    O, dünyada təxminən bir milyard insanın yaşadığı qeyri-rəsmi yaşayış məntəqələri probleminin həllinin təxirəsalınmaz olduğunu xüsusi vurğulayıb və onların modernləşdirilməsi üçün lazım olan alətlər və biliklərin artıq əlçatan olduğu nəzərə alınmaqla, belə yaşayış məntəqələrinin qalmasını "qəbuledilməz" adlandırıb.

    "Gecəqondu ərazilərdə şəraitin yaxşılaşdırılması və onların şəhər mühitinə inteqrasiyası üçün zəruri biliklərə malik olduğumuz halda, biz hələ də dünyada son dərəcə qeyri-sabit yaşayış şəraitinin geniş vüsət almasını müşahidə edirik. Biz bunu qlobal yaşayış yeri böhranı çərçivəsində həll edilməli fövqəladə gündəm kimi qiymətləndiririk", – deyə o bildirib.

    Rosbax qeyri-rəsmi yaşayış məntəqələri problemini birbaşa iqlim həssaslığı ilə də əlaqələndirib. O qeyd edib ki, həmin ərazilərin sakinləri iqlim fəlakətlərindən ilk zərər çəkənlər olur və çox vaxt şəhərsalma prosesindən kənarda qalırlar. Bunun səbəblərindən biri də həmin ərazilərin bir çox hallarda xəritələşdirilməməsidir.

    "Onlar, bir qayda olaraq, diqqətdən və planlaşdırmadan kənarda qalırlar, çünki bir çox hallarda hətta xəritəyə də salınmayıblar. Buna görə də bu istiqamətdə ciddi səylərə ehtiyac var", – deyə o bildirib.

    Qeyri-rəsmi nəqliyyatdan danışarkən isə Rosbax, xüsusilə Latın Amerikasında şəhərlərin kor-təbii şəkildə yaranmış ictimai nəqliyyat həllərini rəsmi şəkildə tanıması tendensiyasının artdığını qeyd edib.

    "Şəhərlərin və ya icmaların öz nəqliyyat sistemlərini yaratdığı, daha sonra isə merlər tərəfindən dövlət siyasətinin bir hissəsi kimi tanındığı çoxsaylı nümunələr var. Artıq siyasətlərin, baş planların və nəqliyyat strategiyalarının hazırlanmasında mövcud həllərə əsaslanaraq qeyri-rəsmi və rəsmi nəqliyyat sistemlərinin inteqrasiyası tendensiyası müşahidə olunur", - deyə UN-Habitat rəhbəri bildirib.

    Şəhərlərin nəzarətsiz genişlənməsi probleminə ayrıca toxunan Rosbax yaşayış yerinin bu prosesin əsas hərəkətverici qüvvəsi adlandırıb. Onun sözlərinə görə, torpaq qiymətlərinin artması sosial mənzilləri şəhər kənarına sıxışdırır, özbaşına tikililər şəhərətrafı ərazilərə yayılır, qapalı yaşayış kompleksləri isə şəhər mühitini fraqmentləşdirir. O, şəhərsalmada sıxlaşma modelinə keçid üçün mədəni yanaşmanın dəyişməsinə çağırış edib.

    "Şəhərlərin nəzarətsiz genişlənməsinə nəzər salsaq, yaşayış yeri bunun əsas səbəbidir. Yeni Şəhər Gündəliyində kompakt şəhərlərdən bəhs olunur və hesab edirəm ki, artıq bir çox şəhər və ölkə öz milli şəhər siyasətlərinə sıxlaşma prinsiplərini daxil edir – Massaçusets ştatında, Yaponiyada, Latın Amerikası ölkələrində olduğu kimi nəqliyyat yönümlü modellər tətbiq olunur. Bu mürəkkəb prosesdir, çünki həm də mədəni yanaşmanı – sıxlaşmanın və artıq qurulmuş mühitdən daha səmərəli istifadənin vacibliyinin anlaşılmasını tələb edir", – deyə Rosbax bildirib.

    Sonda o, böhranı daha geniş kontekstdə – hərtərəfli milli strategiyalar tələb edən mənzil əlçatanlığının qlobal problemi kimi xarakterizə edib.

    "Əslində bu, mənzil əlçatanlığı ilə bağlı böhrandır və ölkələr onun həlli üçün müxtəlif strategiyalar hazırlayırlar. Milli strategiyalar beynəlmilləl ola bilməz, çünki resurslar məhduddur, lakin onlar kompleks xarakter daşımalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir", – deyə UN-Habitat rəhbəri yekunlaşdırıb.

    #Bakı #BMT #UN-Habitat #WUF13 #Anaklaudiya Rosbax #Leypsiq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı xarici investisiya cəlbində 13-cü yerə yüksəlib

    7 İyul 2026 22:19

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat

    6 İyul 2026 17:41

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43

    Sülhməramlıların Livanda hərəkət azadlığına məhdudiyyətlər qoyulur

    1 İyul 2026 21:41

    Səhiyyə Nazirliyində BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüş keçirilib

    1 İyul 2026 17:58

    Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

    1 İyul 2026 17:45

    Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

    1 İyul 2026 16:50

    Hörmüz boğazındakı böhran həssas iqtisadiyyatlara uzunmüddətli təsir göstərə bilər - BMT

    30 İyun 2026 19:23

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47
    XƏBƏR LENTİ

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    Dünya Çempionatından sonra baş məşqçilər istefa verir - Siyahıda kimlər var?

    Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib

    Misir səddinə qarşı böyük geri dönüş: Messi niyə ən yaxşı olduğunu sübut etdi

    İran ABŞ-ın hücumlarına cavab olaraq 85 hərbi obyekti hədəfə aldığını açıqlayıb

    NATO Zirvəsində protokol anı diqqət çəkdi

    NATO iştirakçılarına türk mətbəxi təqdim olunub - Menyuda nələr var?

    Əhməd əş-Şəraa Ali Konstitusiya Məhkəməsinin üzvlərini təyin edib

    Tarixdə bu gün - 8 İyul

    Marin Le Pen Fransa prezidentliyinə namizəd olacağını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.