Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bakı Fond Birjası ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

    11 Dekabr 2025 19:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakı Fond Birjası ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    9 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı direktoru Natiq Baxışov ilə görüş keçirib. Görüş zamanı BFB-nin USACC-yə üzv qəbul edilməsi rəsmiləşdirilib və tərəflər 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirə ediblər.

    AzerVoice xəbər verir ki, görüşdə BFB və USACC rəhbərliyi qarşılıqlı investisiya axınlarının inkişafı və Azərbaycan ilə ABŞ arasında kapital bazarı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər 2026-cı ildə müxtəlif sahələri əhatə edəcək layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

    BFB tərəfindən ABŞ-da fəaliyyət göstərən kapital bazarı iştirakçıları ilə əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılması prioritet istiqamət kimi vurğulanıb.

    Görüş zamanı BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov vurğulayıb: “USACC -yə üzvlüyümüz bizim üçün ABŞ bazarı ilə potensial əməkdaşlıq imkanlarının araşdırılmasında böyük dəstək verəcəkdir. Bakı Fond Birjası həm kapital bazarı iştirakçıları, peşəkar investisiya xidmətləri təminatçıları və bankları, həm də investisiya texnologiya vendorları ilə qarşılıqlı əlaqələrin və əməkdaşlıqların qurulmasında maraqlıdır”.

    “Bakı Fond Birjasını USACC-nin üzvləri sırasında görmək bizim üçün böyük məmnuniyyət doğurur. Kapital bazarı sahəsində əməkdaşlıq ABŞ və Azərbaycan arasında biznes əlaqələrinin dərinləşdirilməsində əhəmiyyətli rol oynayır. USACC olaraq biz maliyyə sektorunda ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə və BFB ilə birgə layihələrin həyata keçirilməsinə dəstək verməyə hazırıq,” — Natig Baxışov, USACC İcraçı Direktoru.

    Tərəflər 2026-cı il üçün əməkdaşlıq strategiyasının hazırlanması və konkret layihələrin müəyyənləşdirilməsi üzərində işləməyə razılıq veriblər.

    #Bakı Fond Birjası (BFB) #Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov #ABŞ-Azərbaycan Ticarət Palatası #ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı direktoru Natiq Baxışov #Azərbaycan ilə ABŞ arasında kapital bazarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər birjasında mənfəət bumu: Şirkətlər 12,76 milyard qazanıb

    25 İyul 2026 09:22

    "PAŞA BANK" -ın səhmləri fond birjasında satışa çıxarıldı

    3 Aprel 2026 20:22

    ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub

    11 Mart 2026 23:17

    SOCAR geotermal layihələrin inkişafı üçün tərəfdaşlar axtarır

    10 Mart 2026 20:36

    Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə məşğul olmağa başlayır - SOCAR-ın prezidenti

    10 Mart 2026 20:03

    Azərbaycan ticarət və strateji əməkdaşlığın genişləndirilməsi üçün təbii tərəfdaşdır - ABŞ Ticarət Nazirliyi

    10 Mart 2026 20:00

    ABŞ-Azərbaycan tərəfdaşlığı daha da möhkəmlənmək imkanına malikdir - USACC icraçı direktoru

    10 Mart 2026 18:05

    DFC Cənubi Qafqazda prioritet layihələrin müəyyənləşdirilməsi üzrə danışıqlar aparır

    10 Mart 2026 17:54

    Mərkəzi Bankın 252 günlük notları üzrə 2,5 milyon manatlıq hərrac keçirildi

    26 Fevral 2026 14:12

    Mərkəzi Bankın 168 günlük notları üzrə 2,5 milyon manatlıq hərrac keçirildi

    25 Fevral 2026 14:10

    Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

    24 Fevral 2026 16:28

    Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

    17 Fevral 2026 15:34
    XƏBƏR LENTİ

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.