#ABŞ-Azərbaycan Ticarət Palatası

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-yə səfər çərçivəsində Vaşinqtonda ABŞ-Azərbaycan ticarət və biznes konfransında iştirak edib. ABŞ dövlət qurumlarının və şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) geotermal layihələrin hazırlanması üçün tərəfdaşlar axtarır. Bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında "Enerji infrastrukturu və enerji gələcəyinə kapital axını" mövzusunda panel müzakirəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib."Regionda ilk dəfə olaraq enerji resurslarının işlənməsinin qeyri-ənənəvi metodlarını araşdırmaqda maraqlıyıq. Buna görə də ExxonMobile ilə birlikdə həm hidravlik qırılma, həm də qeyri-hidravlik qırılmanı araşdırırıq. Beləliklə, ölkə ərazisinin təxminən 20%-i Exxon ilə əməkdaşlıq çərçivəsində bu tip layihələrlə əhatə olunacaq. Quruda mütəxəssislərlə birlikdə hidravlik qırılma və qeyri-hidravlik qırılmanı öyrənirik. Müəyyən ekoloji problemlərin fərqindəyik. Bu ekoloji problemləri də həll edə bilərik. Onlara ideya və texnologiyalar təqdim etməyə davam edəcəyik", o deyib.

"Əvvəllər biz dənizdə neft və qaz yataqlarına diqqət yetirirdik. İndi isə dəniz yataqlarının işlənməsi ilə paralel olaraq, quruda qeyri-ənənəvi sərvətlərin işlənməsini də həyata keçiririk. Bu mənada, Amerika şirkətləri bu layihənin təbii tərəfdaşlarıdır, çünki onlar lazımi texnologiyalara, biliklərə və təcrübəyə çıxış əldə edirlər. Bu layihənin uğurlu inkişafı üçün məhz bu tələb olunur. Biz artıq ExxonMobil ilə işləməyə başlamışıq", - o bildirib.

Dəyişən beynəlxalq mühit şəraitində ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da güclənməsi üçün imkanlar mövcuddur. Bunu bu gün ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov Palatanın 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət Konfransı zamanı deyib. Baxışov qeyd edib ki, otuz il ərzində Palata iki ölkə, iki iqtisadiyyat və iki biznes icması arasında körpü rolunu oynayıb.

ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) prioritet sektorlara uyğun layihələri müəyyənləşdirmək məqsədilə Cənubi Qafqazda əsas maraqlı tərəflərlə təmasdadır. Qeyd edək ki, DFC ABŞ hökumətinin beynəlxalq investisiya qurumudur və dünya üzrə strateji layihələrə kapitalın cəlb edilməsi üçün özəl sektorla əməkdaşlıq edir. Korporasiyada bildirilib ki, onlar Cənubi Qafqazda özəl sektorun rəhbərlik etdiyi sülh gündəliyinin həyata keçirilməsinə, Orta Dəhliz məqsədlərinə nail olunmasına və Amerika şirkətləri üçün imkanların yaradılmasına töhfə verən layihələri dəstəkləmək üçün bütün mövcud alətlərdən istifadə etməyə hazırdırlar.