Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Qlobal reytinq agentliklərinin qiymətləndirmələri: Azərbaycan iqtisadiyyatı və bank sektoru sabitliyini qoruyur

    9 Mart 2026 18:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qlobal reytinq agentliklərinin qiymətləndirmələri: Azərbaycan iqtisadiyyatı və bank sektoru sabitliyini qoruyur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Son illərdə qlobal iqtisadiyyatda artan geosiyasi risklər, enerji bazarlarında dəyişkənlik və maliyyə bazarlarında qeyri-müəyyənlik fonunda ölkələrin iqtisadi dayanıqlığı beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində xüsusi yer tutur. Bu kontekstdə Azərbaycan iqtisadiyyatı və bank sistemi ilə bağlı aparıcı qlobal maliyyə institutlarının son hesabatları ölkənin maliyyə sabitliyinin möhkəm əsaslara söykəndiyini göstərir. Bu qurumların təhlillərinə əsasən deyə bilərik ki, Azərbaycanın makroiqtisadi sabitliyi, yüksək strateji valyuta ehtiyatları və güclü bank sektoru ölkə daxili ilə yanaşı, həm də regionda iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır.

    "Moody’s" agentliyinin son hesabatına görə, Azərbaycanın bank sistemi üzrə proqnoz “müsbət” olaraq qalır. Agentlik hesab edir ki, ölkədə əlverişli əməliyyat mühiti və dövlət dəstəyi yaxın 12–18 ay ərzində bank sektorunun sabitliyini təmin edəcək.

    Hesabatda qeyd olunur: “Əlverişli fəaliyyət şəraiti növbəti 12–18 ay ərzində aktivlərin keyfiyyətini və gəlirliliyi dəstəkləyəcək, tənzimləyici tələblərin sərtləşdirilməsi isə kapitalın möhkəmlənməsinə və likvidliyin idarə olunmasının yaxşılaşmasına kömək edəcək”.

    Agentliyin qiymətləndirməsinə görə, bank sektorunda aktivlərin keyfiyyətinin yüksək qalması qeyri-neft sektorunda artım və gəlirlərin yüksəlməsi ilə birbaşa bağlıdır. Bu isə kredit portfellərinin genişlənməsinə və bankların dayanıqlığının artmasına şərait yaradır.

    Problemli kreditlərin payı da beynəlxalq standartlarla müqayisədə aşağı səviyyədədir. 2025-ci ilin sonunda bu göstərici ümumi kredit portfelinin təxminən 2,5 faizi təşkil edib ki, bu da bank sektorunun sağlam maliyyə strukturuna malik olduğunu göstərir.

    Azərbaycan banklarının kapitallaşma səviyyəsi də beynəlxalq agentliklər tərəfindən yüksək qiymətləndirilir. "Moody’s" qeyd edir ki, ölkədə fəaliyyət göstərən reytinqli bankların əsas kapitalının risklə ölçülmüş aktivlərə nisbəti orta hesabla 20 faiz təşkil edir.

    “Azərbaycanın reytinqli bankları dayanıqlı kapital buferlərinə malikdir və daxili kapital formalaşması yüksək kapitallaşmanı dəstəkləməyə davam edəcək”, - hesabatda vurğulanır.

    Eyni zamanda bank sektorunda likvidlik göstəriciləri də kifayət qədər yüksəkdir. Sektor aktivlərinin təxminən 41 faizi likvid aktivlərdən ibarətdir ki, bu da xarici maliyyə şoklarına qarşı əlavə təhlükəsizlik buferi yaradır.

    “S&P Global Ratings” agentliyi də Azərbaycan bank sektorunun dayanıqlığını vurğulayır və kreditləşmənin yaxın illərdə sabit artım tempini qoruyacağını proqnozlaşdırır. Agentliyin hesablamalarına görə, 2026–2027-ci illərdə ölkədə kreditləşmənin illik artımı təxminən 10–12 faiz təşkil edə bilər. Hesabatda qeyd olunur ki, son illərdə bank sektorunda tənzimləmənin modernləşdirilməsi risklərin azalmasına mühüm töhfə verib:

    “Tənzimləmə və nəzarətin modernləşdirilməsinə yönəlmiş təşəbbüslər sayəsində Azərbaycanda bank risklərinin azaldığını hesab edirik”.

    Bu prosesə risk əsaslı nəzarət modelinə keçid, korporativ idarəetmə standartlarının gücləndirilməsi və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqi kimi addımlar daxildir.

    Azərbaycan iqtisadiyyatının ümumi inkişaf perspektivləri də beynəlxalq analitiklər tərəfindən müsbət qiymətləndirilir.

    “ING Group” analitiklərinin proqnozuna görə, ölkədə real ÜDM artımı 2026-cı ildə 2,5 faiz, 2027-ci ildə isə 3 faiz səviyyəsində ola bilər. Artım əsasən qeyri-neft sektorunun genişlənməsi hesabına təmin ediləcək. Bu prosesə nəqliyyat-logistika infrastrukturunun inkişafı, bərpa olunan enerji layihələri və Qarabağ regionunda aparılan genişmiqyaslı bərpa işləri də töhfə verir.

    Azərbaycanın strateji valyuta ehtiyatları da iqtisadi sabitliyin əsas faktorlarından biri kimi qiymətləndirilir. 2025-ci ilin sonunda ölkənin strateji ehtiyatları 85 milyard ABŞ dollarını keçib ki, bu da beynəlxalq adekvatlıq standartlarından xeyli yüksəkdir.

    Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və yüksək texnologiyalara əsaslanan inkişaf modelinə keçidi prioritet istiqamətlərdən biri kimi müəyyən edib.

    İqtisadiyyat naziri Mikayıl Cabbarov bu istiqamətdə çıxışında qeyd edib:

    “İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib”.

    Nazirin sözlərinə görə, son illərdə qeyri-neft sektorunda orta illik real artım 5,9 faiz təşkil edib və bu sektorun ÜDM-də payı 2018-ci ildəki 58,3 faizdən 2025-ci ildə 71,5 faizə yüksəlib.

    Ümumilikdə, bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının struktur transformasiyasının sürətlə getdiyini göstərir.

    Azərbaycan iqtisadiyyatının sabitliyi təkcə ölkə daxilində deyil, region üçün də mühüm əhəmiyyət daşıyır. Enerji, logistika və maliyyə sektorlarında inkişaf Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Məsələn, nəqliyyat-logistika layihələri – xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı – Avropa ilə Asiya arasında ticarətin diversifikasiyasına töhfə verir. Bu isə regional iqtisadi inteqrasiyanı gücləndirir və beynəlxalq tədarük zəncirlərinin daha dayanıqlı olmasına imkan yaradır. Bundan əlavə, enerji və bərpa olunan enerji layihələrinə cəlb edilən xarici investisiyalar region ölkələri üçün yeni investisiya axınları və texnologiya transferi imkanları yaradır.

    Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, qlobal geosiyasi proseslər də region ölkələrinin iqtisadi göstəricilərinə müəyyən təsir göstərir. “ING Group” analitiklərinin qiymətləndirməsinə görə, Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünya bazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycanın xarici balansına qısamüddətli dəstək verə bilər.

    Analitiklər qeyd edirlər ki, neftin hər barelinin qiymətinin davamlı olaraq 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 3 milyard dollar artırır ki, bu da ölkə ÜDM-nin təxminən 4 faizi həcmində əlavə iqtisadi təsir deməkdir. Büdcə baxımından isə belə artım dövlət gəlirlərinə təxminən 1,5 milyard dollar əlavə vəsait gətirə bilər.

    Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, Azərbaycanın güclü maliyyə ehtiyatları və sabit makroiqtisadi siyasəti qlobal geosiyasi risklərin iqtisadiyyata təsirini məhdudlaşdırmağa imkan verir.

    Qlobal reytinq agentliklərinin qiymətləndirmələri göstərir ki, Azərbaycan iqtisadiyyatı hazırda dayanıqlı makroiqtisadi siyasət, güclü maliyyə ehtiyatları və sabit bank sektoru hesabına regionun ən sabit maliyyə sistemlərindən birinə çevrilir. Enerji resursları, inkişaf edən nəqliyyat-logistika infrastrukturu və artan qeyri-neft sektoru ölkəni Avropa ilə Asiya arasında mühüm iqtisadi körpü kimi möhkəmləndirir. Bu baxımdan Azərbaycanın iqtisadi və maliyyə sabitliyi milli inkişafla yanaşı, həm də regionun iqtisadi təhlükəsizliyi və qlobal ticarət marşrutlarının dayanıqlığı üçün strateji əhəmiyyət daşıyır.

    #Azərbaycan iqtisadiyyatı #Qlobal reytinq agentlikləri #Azərbaycan bank sektoru
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    İstanbulda xəstəxana təmir olunacaq

    16 İyul 2026 15:00

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    Türkiyədə 50 min litr dizel alınacaq

    13 İyul 2026 14:59

    Türkiyədə xəstəxana sistemlərinin texniki xidməti üzrə tender keçirilir

    12 İyul 2026 17:30

    Türkiyədə 1 milyon litr dizel alınacaq

    12 İyul 2026 14:30

    Türkiyədə dron, GPS və PUA görüntü emalı proqramları üçün tender elan edilib

    12 İyul 2026 11:30

    Türkiyədə şagird daşınması üçün tender elan edildi

    10 İyul 2026 16:30

    İyun ayında Türkiyənin xalça məhsulları ixracı 24 faiz artıb (ÖZƏL)

    10 İyul 2026 15:30

    İyun ayında Türkiyənin dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    10 İyul 2026 14:45

    Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

    18 Dekabr 2025 16:04

    Regionda yüksələn güc

    6 İyul 2025 18:00
    XƏBƏR LENTİ

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.