#Azərbaycan iqtisadiyyatı

Son illərdə qlobal iqtisadiyyatda artan geosiyasi risklər, enerji bazarlarında dəyişkənlik və maliyyə bazarlarında qeyri-müəyyənlik fonunda ölkələrin iqtisadi dayanıqlığı beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində xüsusi yer tutur. Bu kontekstdə Azərbaycan iqtisadiyyatı və bank sistemi ilə bağlı aparıcı qlobal maliyyə institutlarının son hesabatları ölkənin maliyyə sabitliyinin möhkəm əsaslara söykəndiyini göstərir. Bu qurumların təhlillərinə əsasən deyə bilərik ki, Azərbaycanın makroiqtisadi sabitliyi, yüksək strateji valyuta ehtiyatları və güclü bank sektoru ölkə daxili ilə yanaşı, həm də regionda iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır.

23 dekabr tarixində Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu təşkil olunacaq. Forum Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, dövlət və özəl qurumların nümayəndələri, eləcə də işgüzar birliklər və ticarət-sənaye palatalarının təmsilçilərinin iştirakı nəzərdə tutulur.