Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

    28 Yanvar 2026 13:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yanvar–dekabr ayları üzrə gəlir və xərclərinə dair yekun maliyyə göstəriciləri açıqlanıb.

    AzerVoice xəbər verir ki, Fondun aktivləri 2025-ci ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb. İlin əvvəlində bu göstərici 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib. Manat ifadəsində ARDNF-nin aktivləri 102 milyard 53,3 milyon manatdan 125 milyard 20,5 milyon manata yüksəlib.

    2025-ci ilin yanvar–dekabr aylarında ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat olub. Bunun 17 milyard 160,4 milyon manatı büdcə gəlirləri, 20 milyard 434,0 milyon manatı isə valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsi nəticəsində formalaşan büdcədənkənar gəlirlər hesabına yaranıb. Hesabat dövrü üzrə Fondun ümumi xərcləri 14 milyard 627,2 milyon manat təşkil edib.

    Hesabat dövründə neft və qaz sazişləri üzrə ümumi gəlirlər 10 milyard 266,3 milyon manat olub. Bunun 9 milyard 497,0 milyon manatı mənfəət nefti və qazın satışından, 765,7 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən formalaşıb. Bu dövrdə AÇG yatağından 8 milyard 292,9 milyon manat, Şahdəniz yatağından isə 958,8 milyon manat vəsait daxil olub.

    ARDNF-nin investisiya portfeli üzrə gəlirlilik 6,2 faiz təşkil edib ki, bu da 6 milyard 894,1 milyon manat həcmində investisiya gəliri ilə nəticələnib.

    2025-ci il ərzində ARDNF tərəfindən dövlət büdcəsinə 14 milyard 481,0 milyon manat vəsait transfert edilib. Davam edən layihələrin maliyyələşdirilməsinə isə 105,5 milyon manat yönəldilib. Bu vəsaitin 18,6 milyon manatı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına, 86,9 milyon manatı isə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinə dair dövlət proqramına ayrılıb. Fondun idarəetmə xərcləri isə 40,7 milyon manat təşkil edib.

    2025-ci ildə qlobal maliyyə bazarlarında müşahidə edilən proseslər ARDNF-nin investisiya portfelinə müsbət təsir göstərib. Mərkəzi bankların faiz dərəcələrini endirməsi istiqraz bazarlarında gəlirliliyi artırıb, səhm investisiyaları isə şirkətlərin dayanıqlı maliyyə göstəriciləri və texnologiya sahəsindəki irəliləyişlər fonunda müsbət nəticə nümayiş etdirib.

    Daşınmaz əmlak və infrastruktur investisiyaları üzrə gəlirlilik sektorlara görə fərqlənsə də, logistika, yaşayış və infrastruktur aktivlərinə tələbin yüksək qalması müsbət gəlirliliyi təmin edib. Qızıl qiymətlərinin artması isə Fondun qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərin formalaşmasına şərait yaradıb.

    #ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb #Dövlət Neft Fondunun aktivləri 73 #5 milyard dollara çatıb #ARDNF 2025-ci ildə dövlət büdcəsinə 14 #5 milyard manat köçürüb #ARDNF-nin investisiya gəlirliliyi 6 #2 faiz olub #Neft Fondundan dövlət büdcəsinə rekord transfert #2025-ci ildə ARDNF-nin maliyyə göstəriciləri açıqlanıb #Azerbaycan Devlet Petrol Fonu 2025 sonuçlarını açıkladı #ARDNF varlıkları 73 #5 milyar dolara yükseldi #ARDNF’den devlet bütçesine 14 #5 milyar manat transfer #Azerbaycan Petrol Fonu yatırım gelirini artırdı #ARDNF’nin 2025 mali tabloları açıklandı #Devlet Petrol Fonu’nun gelirleri dikkat çekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

    3 Avqust 2026 18:03

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

    30 İyul 2026 15:20

    "İsfa" MMC məhsullarını Rusiya, Qırğızıstan və BƏƏ-yə ixrac edir

    29 İyul 2026 20:26

    Azərbaycanda ilk dəfə UCB-1 calaqaltısı üzərində kütləvi püstə tingi istehsalına nail olunub

    29 İyul 2026 20:23

    "Azərbaycan şirkəti Dağıstanda Aqropark salacaq"

    29 İyul 2026 20:13

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    27 İyul 2026 18:29

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    27 İyul 2026 13:00
    XƏBƏR LENTİ

    “Betmen”dən “Odisseya”ya: Kristofer Nolan Qərbin günahlarını necə təhlil edir?

    Almaniyada PKK üzvləri üçün amnistiya çağırışı səsləndirilib

    Kiprə İsrail vətəndaşlarının torpaq alışları ilə bağlı narahatlıq artır

    Türkiyədə çimərliklərlə bağlı yeni qaydalar: Nazirlik vətəndaşların ehtiyacları üçün hərəkətə keçdi

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.