#5 milyard manat köçürüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yanvar–dekabr ayları üzrə gəlir və xərclərinə dair yekun maliyyə göstəriciləri açıqlanıb. Fondun aktivləri 2025-ci ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb. İlin əvvəlində bu göstərici 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib. Manat ifadəsində ARDNF-nin aktivləri 102 milyard 53,3 milyon manatdan 125 milyard 20,5 milyon manata yüksəlib.