Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Arab+
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalanıb

    27 Yanvar 2026 14:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalanıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyə Respublikasında müstəqil auditin dövlət tənzimlənməsini həyata keçirən İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı arasında işgüzar görüş keçirilib.

    AzerVoice Azərbaycan Respublikasının Auditorlar Palatasına istinadən xəbər verir ki, görüşün əsas məqsədi audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin tənzimlənməsi və keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Tərəflər auditorların birgə sertifikasiyası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə haqsız rəqabətə qarşı mübarizə sahələrində birgə fəaliyyət perspektivlərini də nəzərdən keçiriblər.

    Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar ölkədə sağlam biznes mühitinin formalaşdırılmasına, investisiya cəlbediciliyinin artırılmasına və dövlət maliyyə idarəetməsində şəffaflığın gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, beynəlxalq audit təcrübələrinin öyrənilməsi və milli mühitə uyğun tətbiqi auditorlar qarşısında duran əsas vəzifələrdəndir.

    Vahid Novruzov vurğulayıb ki, Türkiyənin auditin tənzimlənməsi və beynəlxalq standartların tətbiqi sahəsində topladığı zəngin təcrübənin Azərbaycanda tətbiqi institusional inkişafla tam uzlaşır. Eyni zamanda, Azərbaycanın da audit və maliyyə nəzarəti sahəsində əldə etdiyi nəticələri qardaş ölkə ilə bölüşməyə hazır olduğu qeyd edilib.

    Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatının sədri Hasan Özçelik çıxışında iki ölkənin audit qurumları arasında əməkdaşlığın audit keyfiyyətinin yüksəldilməsi və tənzimləyici təcrübələrin qarşılıqlı ötürülməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə audit institutunun maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib və türkdilli ölkələr arasında institusional inteqrasiyanın vacibliyini vurğulayıb.

    Görüş çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum audit və mühasibatlıq sahəsində qarşılıqlı əməkdaşlığın hüquqi və institusional əsaslarının formalaşdırılmasını, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

    Tədbirdə Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin yaradılması təşəbbüsü də müzakirə olunub. Qeyd edilib ki, bu platforma ortaq standartların yaxınlaşdırılması, auditorların qarşılıqlı tanınması və sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması baxımından mühüm rol oynaya bilər.

    Azərbaycan Auditorlar Palatası, Türkiyə İctimai Nəzarət, audit əməkdaşlığı, mühasibatlıq standartları, maliyyə şəffaflığı, institusional nəzarət, auditor sertifikasiyası, audit keyfiyyəti, türkdilli dövlətlər audit, accounting standards cooperation, audit regulation partnership, financial transparency, Türk dünyası audit platforması, denetim iş birliği, muhasebe standartları, auditor eğitimi, международный аудит, финансовая прозрачность, сотрудничество аудиторов, 共同审计合作, 财务透明度, 审计监管, профессиональный аудит

    #Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalandı #Audit və mühasibatlıq sahəsində Bakı–Ankara əməkdaşlığı genişlənir #Auditorlar Palatası və Türkiyənin KGK qurumu strateji tərəfdaşlıq qurur #Azərbaycan–Türkiyə audit əməkdaşlığı yeni mərhələyə keçir #Türkdilli ölkələr üçün vahid audit birliyi gündəmdədir #Audit sahəsində institusional əməkdaşlıq gücləndirilir #Azerbaycan ve Türkiye denetim kurumları arasında iş birliği #Denetim alanında Bakü-Ankara mutabakatı #KGK ile Azerbaycan Denetçiler Odası anlaşma imzaladı #Türk dünyasında ortak denetim platformu gündemde #Türkiye-Azerbaycan denetim iş birliği güçleniyor #Denetim ve muhasebe alanında stratejik ortaklık
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanda depozit portfeli 39 milyard manatı keçib

    12 Avqust 2026 12:11

    ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

    12 Avqust 2026 09:54

    Qətər Mərkəzi Bankı yeni makroiqtisadi hesabatını dərc etdi

    11 Avqust 2026 14:20

    Qətərdə salon açmaq istəyənlər üçün vacib məsləhətlər

    11 Avqust 2026 12:09

    Küveyt birjasında necə investisiya etmək olar?

    11 Avqust 2026 10:36

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Səudiyyədə tikinti və sənaye sektorlarında artım dinamikası qorunur

    10 Avqust 2026 10:07

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

    3 Avqust 2026 18:03

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

    30 İyul 2026 15:20

    "İsfa" MMC məhsullarını Rusiya, Qırğızıstan və BƏƏ-yə ixrac edir

    29 İyul 2026 20:26
    XƏBƏR LENTİ

    Qlobal siyasətin yeni cəbhəsi: Kosmik diplomatiyanın əhəmiyyəti artır

    Bu gün Berlin bölündü

    Tarixdə bu gün –13 Avqust

    ABŞ-da 1 000 saxta nikahla bağlı böyük immiqrasiya işi açılıb

    İraq Səudiyyə Ərəbistanına yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti göndərəcək

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    Trampın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiası danışıqlara ziddir

    CodeRabbit 143 milyon dollar cəlb etdi - şirkətin dəyəri 1,5 milyard dollara yüksəldi

    İsrailin cənubdakı kütləvi söküntülərə bəraəti məntiqə uyğun deyil - Nəvaf Salam

    Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edamlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.