Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Kolumbiyadan Türk limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    22 İyul 2024 15:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kolumbiyadan Türk limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-iyun aylarında Kolumbiyadan Türk limanlarına 3 milyon 435 min 19 ton yük daşınıb.

    Bu barədə  AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Kolumbiyadan limanlara yük daşınmayıb.

    “Bu ilin yanvar-iyun aylarında Kolumbiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 435 min 19 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Türkiyəyə Kolumbiya bayrağı ilə üzən gəmilərlə Kolumbiyadan yük çatdırılmayıb.

    2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Kolumbiyadan tranzit yük daşınmayıb.

    Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyə limanları 32 milyon 186 min 365 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 493 min 685 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 692 min 680 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 933 min 804 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 204 milyon 84 min 621 ton yük qəbul edib.

     “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 876 min 762 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 189 milyon 207 min 859 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 397 min 348 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 543 gəmi qəbul edib.

    Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 517, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 26 olub.

    2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 29 min 315 gəmi qəbul edib.

    Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 19 min 790, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 525 olub.

    #Türkiyə limanları #Kolumbiya #yük daşıma #iyun statistikaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kocaeli limanında "yük" partlayışı - 825 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:25

    İskenderun limanında "yük" partlayışı - 297 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:00

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Ambarlı limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    12 May 2026 16:15

    Aliağa limanında "yük" partlayışı - 24 milyon tonu kim daşıdı? (ÖZƏL)

    12 May 2026 15:15

    Türkiyə limanlarında bir ayda 77 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 May 2026 11:15

    Türkiyə limanları bir ayda 4 mindən çox gəmi qəbul etdi (ÖZƏL)

    12 May 2026 10:30

    Türkiyə limanlarında rekord inşaat yükü - 9,6 milyon ton (ÖZƏL)

    19 Aprel 2026 14:00

    Türkiyə limanlarından dünya bazarlarına - Martda milyonlarla ton kənd təsərrüfatı məhsulu yola salınıb (ÖZƏL)

    19 Aprel 2026 12:15

    Strateji daşımalar - Türkiyə limanlarından keçən xam neftin həcmi açıqlandı (ÖZƏL)

    19 Aprel 2026 10:15

    Türkiyənin Tekirdağ limanının yük qəbulu 11 milyon tonu keçib (ÖZƏL)

    18 Aprel 2026 18:00

    Türkiyənin Mersin limanının yük qəbulu 10 milyon tonu keçib (ÖZƏL)

    18 Aprel 2026 16:00
    XƏBƏR LENTİ

    Hakan Fidan Ukraynaya gedəcək

    Türkiyənin ABŞ-yə hazır geyim ixracı xeyli artıb (ÖZƏL)

    Tramp Netanyahudan Suriya və Livandan qoşunların çıxarılmasını istəyib

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    Prezident İlham Əliyev Ərdoğana Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    Daxili yaddaş problemi bitdi: Android proqramlarını SD-karta köçürməyin gizli yolu bəlli olub

    Infiniti yeni lüks idman SUV modelinin istehsalını təxirə sald;

    İraqda Əl-Zeydi hökumətinin tərksilah planı və daxili bölünmələr

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.