Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı dörd milyonu keçib (ÖZƏL)

    14 İyun 2024 19:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı dörd milyonu keçib (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    2024-cü ilin may ayında Türkiyənin İzmir Adnan Menderes Hava Limanına gələn gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz arataraq, 4 milyon 193 min 811 nəfər olub.

    VOA-ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 2 milyon 809 min 750 nəfər, beynəlxalq reyslər üzrə isə 31 faiz artaraq 1 milyon 384 min 061 nəfər təşkil edib.

    2024-cü ilin may ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 55 min 671 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 33 min 606 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 19 faiz artaraq, 22 min 065 ton təşkil edib.

    Məlumata əsasən, hava limanından 2024-cü ilin may ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin may ayı ilə müqayisədə 10 faiz artaraq, 28 min 379 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 18 min 773, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 9 min 606 olub.

    Bu ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 81 milyon 31 min 948 nəfər, yük dövriyyəsi isə 1 milyon 778 min 150 ton təşkil edib.

    Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

    Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı dörd milyonu keçib (ÖZƏL)
    Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı dörd milyonu keçib (ÖZƏL)
    Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı dörd milyonu keçib (ÖZƏL)
    #Türkiyə #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #statistika #Adnan Menderes Hava Limanına
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    15 İyul 2026 10:05

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39
    XƏBƏR LENTİ

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.