BAKI, AzerVoice
2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,1 faiz artaraq, 2 milyon 520 min 717 dollara bərabər olub.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 296 min 350 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 0,8 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.