BAKI, AzerVoice
2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına tekstil ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,5 faiz azalaraq, 1 milyon 586 min 146 dollara bərabər olub.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 760 min 192 dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 6,2 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 9 milyon dollar məbləğində tekstil ixrac edib.