Bakı, AzerVoice
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Rusiyaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz azalaraq, 79 milyon 329 min 35 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyədən Rusiyaya 4 milyon 913 min 5 dollar məbləğində sement ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 35 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 341 milyon 289 min dollar məbləğində sement ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 4 milyard 314 milyon 179 min dollar məbləğində sement ixrac edib.