Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29-da təqdim olundu

    14 Noyabr 2024 16:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29-da təqdim olundu
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sektorunun Xalis Sıfır Yol Xəritəsini BMT-nin İqlim Dəyişmələri üzrə konfransı - COP29 Azərbaycanda təqdim etdi. Bununla da, assosiasiyanın üzvləri inşaat sektorunda karbon emissiyalarının azaldılmasını sürətləndirmək cəhdlərini qlobal arenada da nümayiş etdirdilər.

    Layihənin təqdimatında Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının direktoru İsrail Asəliyev, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) CEO-su Tomas Giyo, VDZ Elmi-Tədqiqat İnstitunun CEO-su və Avropa Sement Tədqiqatları Akademiyasının nümayəndəsi Martin Şnayder, PMD Projects şirkətinin CEO-su Nəriman Topçibaşov spiker qismində çıxış etdilər.

    İsrail Asəliyev tədbirin açılış nitqini etdi və qeyd etdi ki, Azərbaycanın sement sənayesi təkcə yerli deyil, qlobal səviyyədə də lider sənayelərdən biri hesab oluna bilər. "Bu sənaye yaşıl istehsal prinsiplərinin və beynəlxalq standartların tətbiqinə təkcə bu tədbir ərəfəsində deyil, çox illər əvvəldən başlayıb. Tullantılardan xammal kimi istifadəsinə görə sement sənayesi dünyada birinci yerdədir. Ümumiyyətlə, tullantılardan xammal kimi, eləcə də, alternativ yanacaq kimi istifadə asan görünə bilər, lakin bu proseslər kifayət qədər qəlizdir və bəzən istehsalçılardan əlavə investisiyalar qoymaq tələb edə bilər. Bütün addımları nəzərə alsaq, COP29-da iştirakımız və xəritənin təqdimatı təbiidir."

    Tomas Giyo Qlobal Sement və Beton Assosiasiyası haqda məlumat verərək, qeyd etdi ki, sement və beton sənayesində dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləmək üçün yaradılan qurumun ilk gündən etibarən, gündəliyində sement sənayesinin xalis sıfır emissiyalarla bağlı proqramları dayanır: "Dayanıqlı inkişaf gündəliyi olan bütün sement və beton şirkətləri assosiasiyanın üzvüdürlər və bu gün də, məhz Azərbaycanın sement sənayesinin üzvlərinin dayanıqlı inkişafla bağlı gündəliyini müzakirə edirik."

    Avropa Sement Tədqiqatı Akademiyasından Martin Şnayder Xalis Sıfır Yol xəritəsinin təqdimatında əhəmiyyətli məqamları vurğuladı: "Bu xəritədə bütün dəyər zəncirinə baxdıq və emissiyaların bütün dəyər zənciri boyunca azaldılmasını nəzərdə tutduq. Bu gün Azərbaycanın 4 sement istehsalçısının hər birinin müasir zavodu mövcuddur. Bu zavodlarda karbon emissiyalarının 2030-ci ilə qədər azaldılması və 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaq hədəflənir. Bu hədəfə nail olmaq üçün rıçaqlar alternativ yanacaqdan istifadə, klinker faktorunun azaldılması, inşaat dizaynının optimallaşdırılması və innovasiyası, həmçinin karbonun tutulması, utilizasiyası və saxlanılmasıdir."

    İnşaat materiallarının son istehlakçısı tikinti sektorudur. "Biz inşaat materialları istehsalçıları ilə bir neçə gündür ki, emissiyaların azaldılmasını müzakirə edirik. Lakin bu tədbir bir daha göstərir ki, emissiyaların azaldılması bütün son istehlakçılardan, yəni hər birimizdən asılıdır", - Nəriman Topçibaşov öz çıxışında qeyd edib.

    Spikerlərin çıxışlarından sonra panel müzakirələri baş tutdu, sement şirkətlərinin CEO-ları assosiasiyanın missiyası ətrafında bir araya gəldiklərindən danışdılar və karbon emissiyalarının azaldılması ilə bağlı sualları cavablandırdılar.

    Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi COP29-da təqdim olundu
    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.