Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Nədir / İnanc və terminlər: Dinlərin sirri
    İnanc və terminlər: Dinlərin sirri

    Göy üzünün əfsanəsi: Türk mifologiyasında Huma quşu və bəxt inancı

    31 May 2026 13:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Göy üzünün əfsanəsi: Türk mifologiyasında Huma quşu və bəxt inancı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Huma quşu - türk mifologiyasında əfsanəvi "cənnət quşu" kimi tanınan, gözlə görünməyəcək qədər yüksəkliklərdə yaşayan və heç vaxt yerə toxunmadan davamlı uçan müqəddəs bir varlıqdır. Bəzi qədim mənbələrdə onun ayaqlarının olmadığı, ömrünü göylərdə keçirdiyi bildirilir. Mifoloji inanclara görə, o, xoşbəxtlik, səadət və müvəffəqiyyət rəmzidir. Elə bu səbəbdən də xalq arasında "bəxt quşu", "tale quşu", "səadət quşu" və ya "dövlət quşu" adları ilə şöhrət tapmışdır.

    Mifologiyada bəzən "Humay" adı ilə də zikr edilən bu varlıq, başına qonduğu və ya kölgəsi üzərinə düşdüyü insana böyük uğur və tükənməz xoşbəxtlik vəd edir.

    Hökmdarlıq rəmzi və xalq inancı

    Huma quşu ilə bağlı ən maraqlı etiqadlardan biri onun hökmdar seçimi ilə əlaqədardır. Keçmiş zamanlardan gələn xalq inancına görə, bir hökmdar vəfat etdikdə, yeni rəhbəri müəyyənləşdirmək üçün insanlar meydanda cəmləşərdilər. Humanın üzərinə qonduğu və ya kölgəsinin düşdüyü şəxs ilahi bir işarə ilə yeni hökmdar elan edilərdi. Bu səbəbdən "Huma quşu qonmaq" ifadəsi bu gün də böyük bir dövlətə və ya bəxtə nail olmaq mənasında işlədilir.

    #Huma quşu #Huma quşu nədir? #türk mifologiyası #cənnət quşu #bəxt quşu #tale quşu #Humay #Huma quşu qonmaq #Göy üzünün əfsanəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “The Lesser Key of Solomon” - Zimminar nədir?

    26 İyul 2026 13:00

    Türk mədəniyətindəki 54 fərz nədir?

    26 İyul 2026 11:00

    Qızılquş cildindən insan formasına: Demonologiyada elmləri öyrədən şeytanın sirri

    14 İyun 2026 19:00

    Qurani-Kərimdə adları keçən və insanlara sehr öyrətdiyinə inanılan iki mələk - Harut və Marut

    14 İyun 2026 15:00

    Göy üzünün əfsanəsi: Türk mifologiyasında Huma quşu və bəxt inancı

    31 May 2026 13:35

    Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

    24 May 2026 09:00

    İslamın mənası: Beş şərtdən bütöv həyat fəlsəfəsinə

    17 May 2026 10:53

    Çağırışdan ibadətə gedən mənəvi yol - Dua nədir?

    10 May 2026 12:45

    Düha namazı nədir?

    3 May 2026 15:42

    İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?

    26 Aprel 2026 09:18

    İslam tarixində şanlı nəslin tərifi – səhabələr

    19 Aprel 2026 10:43

    Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?

    12 Aprel 2026 11:16
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.