Mədəniyyət

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib. Mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri türk dünyasının tarixi, mədəni və ədəbi irsinin genişmiqyaslı şəkildə təbliği və gələcək nəsillərə ötürülməsidir. Bu missiyanı həyata keçirən Fond beynəlxalq səviyyədə yüksək standartlara cavab verən nəşr layihələri reallaşdırır və öz nəşrlərini dünyanın nüfuzlu kitab sərgilərində və mədəni platformalarında ardıcıl şəkildə təqdim edir.

Fondun aparıcı təşəbbüslərindən biri olan TurkDiscovery platforması bu dəfə “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriya üzərində işləyir. Layihə türk dünyasının maddi və mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədini daşıyır. Yeni sənədli seriyada petroqliflər, damğalar, zoomorf abidələr, dağ balbalları və runik əlifbalar kimi qədim irs nümunələri vizual formada təqdim olunacaq. Layihə vasitəsilə türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni kökləri və nəsillərarası bağlılığı tamaşaçıya çatdırılacaq.

22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Dekabrın 24-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək. Forumun mövzusu “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” olacaq.

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşa şəhərində olub. Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. Mədəniyyəti günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib. Konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.