Mədəniyyət

Tanınmış Səudiyyə mənşəli aktrisa və yazıçı Aişa Kay (Aixa Kay), davam edən Kann Kinofestivalı çərçivəsində “Qırmızı Dəniz” Film Fondu (Red Sea Film Foundation) tərəfindən təşkil olunan “Kino sahəsində qadınlar” qala gecəsində mükafatlandırılmasından böyük qürur və minnətdarlıq duyduğunu ifadə edib.

Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, “City of London”, Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər

BƏƏ-nin 2026-cı il Kann Kinofestivalındakı iştirakını bu il görməmək qeyri-mümkündür. Dubayda fəaliyyət göstərən məşhurlar, influenserlər və sahibkarlar “Fransız Rivyerası”na (French Riviera) yüksək moda (couture) nümunələri, brilyantlar və karyeralarının əlamətdar məqamları ilə addım atıblar.

Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi təqdim olunub. Sərginin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak ediblər.Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimi Millətlər Sarayı kompleksinin ən simvolik məkanlarından biri olan və qlobal dialoq üçün yüksək rəmzi əhəmiyyət daşıyan möhtəşəm qəbul zalında (Salle des Pas Perdus) baş tutub.

Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində "Bir səfərin izi ilə" adlı sənədli filmin nümayişi olub.Nümayişdən əvvəl çıxış edən layihənin müəllifi, tanınmış səyyah və jurnalist Azər Qərib film barədə məlumat verib. O qeyd edib ki, layihə silsiləsindən iki film təqdim edilib. "Həmin ekran əsərləri Ümummilli Liderin İtaliyaya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunub. Mayın 6-da isə Ulu Öndər Heydər Əliyevin fərqli coğrafiyaları - Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, Çin, Yaponiya və Türk dünyası istiqamətləri üzrə rəsmi səfərlərini əks etdirən ekran işlərinin nümayişi nəzərdə tutulub. Ekran əsəri "Heydər Əliyev və diplomatiya məktəbi" layihəsi çərçivəsində hazırlanıb və Ulu Öndərin zəngin irsinin, xüsusilə həyata keçirdiyi xarici siyasət strategiyasının öyrənilməsi və təbliği məqsədi daşıyır", - deyə A.Qərib əlavə edib. Layihə Ulu Öndərin beynəlxalq səfərləri və diplomatik fəaliyyətinin mühüm məqamlarını əks etdirərək, Azərbaycanın müasir xarici siyasətinin formalaşmasında bu fəaliyyətin rolunu geniş auditoriyaya çatdırmağı, gənclərin Ümummilli Liderin siyasi irsi ilə daha yaxından tanış olması və vətənpərvərlik ruhunun gücləndirilməsini hədəfləyir. Filmlərdə yalnız rəsmi səfərlərin protokol çərçivəsindəki məqamlarını deyil, eyni zamanda protokoldan kənarda qalan detalları da işıqlandırmağa çalışılıb. Daha sonra qonaqlar Ümummilli Liderin İtaliya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunan filmləri izləyiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.Onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar. Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla xatirə şəkilləri çəkdiriblər.