Mədəniyyət

14 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qazaxıstana rəsmi səfəri çərçivəsində Almatı İdarəetmə Universitetinin (AlmaU) rektoru Timur Buldıbayev ilə görüşü keçirilib. Keçirilən görüş tərəflər arasındakı dialoqun ardıcıl xarakter aldığını nümayiş etdirib və gələcək əməkdaşlıq üçün ilkin zəminin formalaşdırılmasına xidmət edib.

Müsabiqənin məqsədi türkdilli xalqların zəngin folklor irsinin müasir bəstəkarlıq dili vasitəsilə yeni təqdimatını təşviq etmək, bu irsi beynəlxalq miqyasda tanıtmaq, həmçinin mədəniyyət vasitəsilə xalqlar arasında anlaşma və əməkdaşlıq körpülərini möhkəmləndirməkdir. Hazırkı dövrdə türk xalqlarının mədəni bağlarının qorunması, gücləndirilməsi və ortaq dəyərlərin təbliği xüsusi aktuallıq kəsb edir; müsabiqə də məhz musiqinin birləşdirici gücü ilə bu bağlara töhfə verməyi hədəfləyir.

Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bay­ramlarından biri də Ramazan bayramıdır. Bu ay ilin mübarək aylarından olub, insanların qəlbinə sevinc bəxş edir. Ayın əsas xüsusiyyəti ay boyunca oruc tutmaq, xeyir əməllərin sayını artırmaqdır. İslam dininə görə, oruc tutmaq müsəl­manların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ra­mazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dün­yasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Qurani-Kərim Allaha iba­dətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əla­qələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.

Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib. Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tədbirdə səfir Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının başlanması münasibətilə iştirakçıları təbrik edib. Səfir çıxışında bu mübarək ayın İslam aləmində mənəvi saflaşmanın, həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm simvolu olduğunu qeyd edib. Ramazanın insanlar arasında dostluq və anlayışın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Eyni zamanda, hər iki ölkədə dini dəyərlərə xüsusi ehtiramın göstərilməsinin və bu xüsusda, belə tədbirlərin keçirilməsinin mədəni və mənəvi dəyərlərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Təbiətin ölüb-dirilməsi, Boz ay mərhələsi və ilaxır çərşənbələrin mifoloji kökləri Azərbaycan folklorunda xüsusi yer tutur. Ekspert bildirib ki, xalq təsəvvüründə qış Böyük Çillə, Kiçik Çillə və Boz ay olmaqla üç mərhələyə bölünür və qədim inanclarda bu dövr təbiətin “ölməsi” kimi xarakterizə olunur. “Boz ay dönəmində ölmüş sayılan təbiət yenidən dirilir. Elə buna görə də Boz ay xalq arasında ‘ağlar-gülər ay’ adlandırılır. Bu mərhələ ilin sonuncu çərşənbələrinin cəmləşdiyi zamandır”, – deyə o vurğulayıb.