Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Şimali Afrika / Mərakeş
    Mərakeş

    Mərakeş istehsalı “Həlimə” filmi mükafatlar qazandı

    24 İyun 2026 22:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mərakeş istehsalı “Həlimə” filmi mükafatlar qazandı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Mərakeş istehsalı olan “Həlimə” (Halima) bədii filmi 28-ci Şanxay Beynəlxalq Film Festivalında iki əsas mükafata layiq görülüb. “Qızıl Qədəh” (Golden Goblet) uğrunda aparılan əsas müsabiqədə Yassin Əl İdrissi “Ən yaxşı rejissor”, Xədicə Amari isə “Ən yaxşı aktrisa” nominasiyasında qalib elan edilib.

    ArabAZ xəbər verir ki, bu tarixi qələbə Mərakeş kinosu üçün son illərin ən mühüm mədəniyyət hadisələrindən biri hesab olunur. “Həlimə” filmi Mərakeş kinosunun son 27 ildə Şanxay festivalının əsas müsabiqə proqramına qəbul edilən ilk ekran əsəri olub. Eyni zamanda bu ekran əsəri festivalda ərəb və afrika regionunu təmsil edən yeganə film statusunu daşıyıb.

    Qazanılan beynəlxalq uğura baxmayaraq, rejissor Yassin Əl İdrissi Mərakeşin daxili kino sənayesindəki köklü problemləri gündəmə gətirib. O, ölkədəki dövlət dəstəyi sistemini kəskin tənqid edərək rəsmi qurumları ciddi islahatlara çağırıb. Rejissor bildirib ki, Mərakeş kinosunda filmlərin beynəlxalq standartlara cavab verib-vermədiyini müzakirə etməmək qeyri-sağlam mühitdən xəbər verir. Onun sözlərinə görə, rəsmi dairələr reallıqdan qaçmamalı, mövcud statistikaya baxmalı və ölkə kinosunun səviyyəsini riyazi şəkildə dərk etməlidir.

    Əl İdrissi dövlət tərəfindən ayrılan qrantların və maliyyə dəstəyinin layihələrin keyfiyyətinə və əldə olunan nəticələrə görə verilməli olduğunu vurğulayıb. Eyni rejissorların zəif nəticələrə rəğmən dəfələrlə yüz minlərlə dollar maliyyə aldığını, gənc məzunların isə kənarda qaldığını bildirən rejissor, bu filmi ərsəyə gətirmək üçün Mərakeş Kinematoqrafiya Mərkəzinə altı dəfə müraciət etdiyini, lakin hər dəfə rədd cavabı aldığını qeyd edib. O, gənc rejissorları dövlət dəstəyini gözləmədən müstəqil şəkildə mübarizə aparmağa çağırıb.

    Filmin istehsal prosesi olduqca ağır şərtlərdə keçib. Layihənin ərsəyə gəlməsi dörd ilə yaxın vaxt aparıb ki, bunun da ilk iki ili büdcə toplanması və ssenarinin yazılmasına, qalan iki ili isə çəkiliş və montaj işlərinə sərf olunub. Maliyyə qeyri-müəyyənliyi səbəbindən çəkilişlər fasilələrlə, hissə-hissə reallaşdırılıb. Resurs çatışmazlığı üzündən Yassin Əl İdrissi filmdə eyni vaxtda ssenarist, rejissor, prodüser, montajçı, quruluşçu rəssam və geyim rəssamı funksiyalarını təkbaşına yerinə yetirməli olub. Yarımçıq qalan film yekun mərhələdə “El Gouna” platforması və “MedFilm” festivalından post-prodakşn dəstəyi alaraq tamamlanıb.

    Süjet xəttinə gəlincə, film dəniz kənarında sakit həyat yaşayan, lakin keçmiş qanunsuz çətənə ticarətinin sirlərini daşıyan yaşlı bir qadının mürəkkəb mənəvi dramından bəhs edir. Rejissor qeyd edib ki, çətənə təsərrüfatı ilə məşğul olan insanların cəmiyyətdən təcrid edilməsi və dərhal cinayətkar damğası alması düzgün deyil. Mərakeşdə tibbi və sənaye məqsədli çətənə istehsalını qanuniləşdirən rəsmi qanunun qəbul edilməsi bu icmalara ləyaqətli həyat üçün yeni alternativlər yaradıb və kino bu sosial reallıqları gizlətməməlidir.

    Şanxay festivalındakı qələbəni “Şərqin Şərqə verdiyi dəyər” kimi qiymətləndirən Əl İdrissi, Qərb festivallarının monopoliyasından kənarda belə bir uğurun qazanılmasının Mərakeşli gənc kinematoqrafçılar üçün böyük ümid mənbəyi olduğunu bildirib.

    #ArabAZ #Mərakeş istehsalı Həlimə filmi #Həlimə #Halima #Golden Goblet #Yassin Əl İdrissi #Mərakeş Kinematoqrafiya Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər qadın idmanını beynəlxalq səviyyəyə qaldırır

    24 İyul 2026 22:44

    Əsma əl-Münəvvər səhnəyə qayıtdı

    24 İyul 2026 10:20

    Dünyaya yayılan üsyan və azadlıq -Rai musiqisi

    23 İyul 2026 10:25

    Körfəz kinosunun ikonası Həyat Əl-Fəhad vəfat edib

    11 İyul 2026 16:23

    Nora Fateh Dünya Çempionatı üçün klip təqdim etdi

    11 İyun 2026 14:53

    Dünya Çempionatında ərəb azarkeşləri nə gözləyir

    11 İyun 2026 12:50

    Bella Hadid Kann festivalında diqqət çəkib

    3 İyun 2026 22:03

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59

    Kannda səudiyyəli ulduza yüksək qiymət verildi

    17 May 2026 21:58

    Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

    17 May 2026 18:12

    Qətər Fondu və BAL əməkdaşlığının detalları açıqlanıb

    15 May 2026 02:00

    Dohada “Qızıl” Yağışı: Qətər Körfəz Oyunlarında rəqib tanımır

    14 May 2026 21:49
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 31 İyul

    Google Anthropic-in 15 milyard dollarlıq məlumat mərkəzi layihəsini dəstəkləyir

    İranla bağlı qətnamə Senatda kifayət qədər dəstək qazanmayıb

    İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

    OpenAI kiçik və orta səviyyəli süni intellekt modellərinin qiymətlərini kəskin endirib

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    Pakistan və Səudiyyə Ərəbistanının XİN başçıları Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə ediblər

    Qətər İrlandiyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını alqışlayıb

    ABŞ qabaqcıl süni intellekt modelləri üçün yeni təhlükəsizlik qaydaları hazırlayır

    Küveyt Səudiyyə Ərəbistanının dəniz alyansı təşəbbüsünə dəstək verir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.