Körfəz Əməkdaşlıq Şurası

Küveyt Mərkəzi Statistika İdarəsinin rəsmi məlumatlarına əsasən, 2026-cı ilin iyun ayının sonuna olan vəziyyətə görə, ölkədə boşanmış Küveyt vətəndaşlarının ümumi sayı 45 103 nəfərə çatıb. Statistik rəqəmlərə görə, boşanmış qadınlar ümumi göstəricidə daha böyük paya sahib olub: belə ki, 27 698 qadın vətəndaşa qarşı 17 405 kişi vətəndaş qeydə alınıb. ( Qeyd edək ki, Küveytdə çoxevlilik rəsmi olaraq icazələdir)

Görüşün məqsədi ictimaiyyət nümayəndələrini, kommersiya operatorlarını, texnologiya həvəskarlarını və sənaye tərəfdaşlarını yeni qəbul edilmiş 2026-cı il tarixli 10 nömrəli Qanun barədə məlumatlandırmaq olub. Bu mühüm qanunvericilik aktı ölkə üzrə pilotsuz uçuş aparatlarının (PUA/dron) istismarı və onlara nəzarəti tənzimləyən hərtərəfli hüquqi çərçivə formalaşdırır.

Qətərin maliyyə texnologiyaları sektoru 2026-cı ilin iyul ayında rəqəmsal hesablararası köçürmələrin kəskin artması, ani ödəniş sistemlərinin sürətlə mənimsənilməsi və POS-terminal əməliyyatlarının davamlı genişlənməsi nəticəsində görünməmiş artım qeydə alıb. Qətər Mərkəzi Bankının (QCB) açıqladığı rəsmi statistikaya əsasən, ölkədə elektron ödəniş sistemləri üzrə əməliyyatların ümumi dəyəri 106.814 milyard Qətər riyalına çataraq, 2025-ci ilin iyul ayındakı 76.051 milyard riyalla müqayisədə illik 40 faiz artıb.

Səudiyyə Ərəbistanı İnvestisiya Nazirliyinin "İqtisadi və İnvestisiya İcmalı: Səudiyyə Ərəbistanı 2-ci Rüb 2026" adlı yeni hesabatında qeyd olunur ki, 2026-cı ilin ikinci rübündə verilən icazələr əsasən topdansatış və pərakəndə ticarət, tikinti və istehsal sektorlarında cəmləşib; bu üç sahə rüb ərzində verilmiş ümumi lisenziyaların təxminən 66 faizini təşkil edib.

Qətər və Səudiyyə Ərəbistanı dəniz naviqasiyasının təhlükəsizliyi və azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb, İsrailin Qəzza ilə bağlı ABŞ Prezidenti Donald Trampın planını davam etdirməkdən imtina etməsini yenidən pisləyib. Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Ər-Riyadda keçirilən görüşdə regiondakı son hadisələri və gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanının Turizm Nazirliyi İnsan Resurslarının İnkişafı Fondu ("Hadaf") ilə tərəfdaşlıq çərçivəsində turizm bələdçisi lisenziyasına dəstək proqramına start verib. Proqram Krallıqda lisenziyalaşdırma tələblərini yerinə yetirmək və peşə fəaliyyəti ilə məşğul olmaq məqsədilə 3500 qadın və kişi mütəxəssisin hazırlanmasını və təlimləndirilməsini hədəfləyir.

Səhralarla anılan bir coğrafiyada üzmək üçün su tapmaq ilk baxışdan qeyri-adi görünə bilər. Lakin Omanın dağlarına doğru irəlilədikdə və ya İordaniyanın Ölü dənizinə endikdə mənzərə kəskin şəkildə dəyişir: açıq rəngli qaya divarları arasında firuzəyi rəngli gölməçələr peyda olur, şəlalələr dar dərələri yarır və bəzi yürüş marşrutları axırda suya girməyi tələb edir.

Səudiyyə Ərəbistanı Hörmüz və Bab əl-Məndəb boğazlarının açıq və təhlükəsiz saxlanılmasına çağırıb. Xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud bu mövqeyi yaponiyalı həmkarı Toşimitsu Motegi ilə görüşündə açıqlayıb. O, dəniz təhlükəsizliyinin Səudiyyə Ərəbistanı və Yaponiya üçün əsas ortaq məsələlərdən biri olduğunu bildirib. Ər-Riyad bütün mühüm dəniz yollarında təhlükəsiz hərəkətin təmin edilməsinin vacibliyini vurğulayıb. Səudiyyə Ərəbistanı bölgədə gərginliyin azaldılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Krallıq münaqişələrin yenidən başlanmasının qarşısını almaq üçün davamlı diplomatik həllərə üstünlük verir. Feysəl bin Fərhan diplomatiya və dialoqun Ər-Riyad üçün əsas vasitələr olduğunu vurğulayıb. Nazir Yaponiyanın beynəlxalq hüquq, sabitlik və dinc həll yollarına verdiyi dəstəyi də yüksək qiymətləndirib.

Qətər və Misirin yüksək vəzifəli rəsmiləri Əl-Ələmeyn şəhərində görüşüblər. Görüş Qətər–Misir Birgə Ali Komitəsinin yeddinci hazırlıq toplantısı çərçivəsində keçirilib. Qətər nümayəndə heyətinə Nayif əl-İmadi rəhbərlik edib. Misir tərəfinə isə İhab Fəhmi başçılıq edib. Tərəflər regional və beynəlxalq məsələlər üzrə davamlı məsləhətləşmələri yüksək qiymətləndiriblər. Bölgədə gərginliyin azaldılması istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Doha və Qahirə bölgədə sabitliyin və davamlı sülhün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Birgə Ali Komitənin rəsmi iclasının cümə axşamı keçirilməsi nəzərdə tutulur.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani rəsmi səfərlə Ər-Riyada gedib. Onu hava limanında Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xüreyci qarşılayıb. Səfərin rəsmi xarakter daşıdığı açıqlanıb. Görüşlərin tam proqramı barədə hələlik ətraflı məlumat verilməyib. Qətər və Səudiyyə Ərəbistanı arasında son illərdə yüksək səviyyəli siyasi təmaslar intensivləşib. Hər iki ölkə Körfəz Əməkdaşlıq Şurasının üzvüdür. Səfər Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Doha və Ər-Riyad bölgədə təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində diplomatik fəaliyyətlərini davam etdirirlər.

Məhəmməd bin Salman Fondu ("Misk") BMT-nin Gənclər İdarəsi ilə birgə Qlobal Gənclər Şəbəkəsinin təsis edildiyini açıqlayıb. Bu barədə elan Cenevrədə keçirilən 31-ci Gənclər Assambleyası çərçivəsində, Beynəlxalq Gənclər Gününə təsadüf edən vaxtda verilib. Tədbirdə 80-dən çox ölkədən olan gənclər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru addımları təşviq etmək üçün "Yüksəl, yenidən xəyal et, yenidən qur: Hamı üçün bir dünya" şüarı altında bir araya gəlib.