Meksikada kartel rəhbərinin hərbi əməliyyat zamanı öldürülməsindən sonra yaranan təhlükəsizlik böhranı səbəbindən bir sıra futbol oyunları təxirə salınıb. Keretaro – Xuares qarşılaşması ləğv edilib, həmçinin qadınlar liqasında prinsipial Çivas – Amerika oyunu da qeyri-müəyyən vaxta keçirilib. İkinci divizionda nəzərdə tutulan iki görüş də təhlükəsizlik səbəbilə baş tutmayıb.
ArabSport
İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq doqquz aylıq fasilədən sonra ilk rəsmi oyununa çıxıb və mümkün milli komandaya dönüşlə bağlı sualı cavablandırıb. O, Erediviziya təmsilçisinin heyətində debütünü Telstar üzərində 2:1 hesablı qələbə ilə başa çatan oyunda ehtiyat oyunçular skamyasından meydana daxil olaraq edib.
Georgian Fighting Championship və Grand Bellagio Championship turniri çərçivəsində Batumidə keçirilən yarışda “professor” ləqəbli soydaşımız, kikboksçu Alim Nəbiyev braziliyalı rəqibi Jaime Souzanı məğlub edib. Bu qələbə onun MMA karyerasında ardıcıl üçüncü uğuru kimi yadda qalıb.
Nigeriyalı hücumçu Viktor Osimhen keçmiş klubu Napoli ilə münasibətlərinin pozulmasına səbəb olan qalmaqallı hadisələr barədə danışıb və rəhbərliyin ona qarşı davranışını sərt şəkildə tənqid edib. Osimhen İtaliya mətbuatına müsahibəsində 2023-cü ilin sentyabrında Napolinin sosial şəbəkə hesabında yayımlanan və onun qaçırdığı penalti epizodunu ələ salan videodan sonra münasibətlərin tamamilə dəyişdiyini bildirib.
UEFA Avropa Liqasının son 16 mərhələsinin pley-off mərhələsində keçiriləcək Fənərbaxça–Nottinqem Forest qarşılaşmasının hakim təyinatı açıqlanıb. UEFA-nın məlumatına əsasən, Şererə həmyerliləri Stefan De Almeida və Jonas Erni kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Anojen Kanaqasinqam olacaq.
UEFA Çempionlar Liqasının son 16 play-off mərhələsinin ilk oyununda Türkiyənin Qalatasaray klubu İtaliyanın Yuventus komandasını qəbul edəcək. Qalatasaray sabahkı oyuna bir neçə itki ilə çıxacaq. Qabonlu yarımmüdafiəçi Mario Lemina sarı vərəqə cəzası səbəbindən meydana çıxa bilməyəcək. Bundan əlavə, UEFA siyahısına daxil edilməyən Arda Ünyay, Renato Nhaqa və Can Armando Güner də oyunda iştirak etməyəcək.
Argentinalı futbol ulduzu Lionel Messi 2026-cı il Dünya Çempionatında iştirak etməyə bilər. Ekspertlər bildirir ki, turnirdə iştirak üçün Messinin fiziki forması həlledici rol oynayacaq, çünki Dünya Çempionatında MLS-dən daha yüksək səviyyədə fiziki hazırlıq tələb olunur.
İngiltərə Premyer Liqasında çıxış edən Nottinqem Forest klubu baş məşqçi Şon Dayk ilə yollarını ayırıb. Şon Dayk klubda 114 gün çalışıb. O, mövsümün əvvəlində vəzifəsindən uzaqlaşdırılan Nuno Espirito Santonun ardından qısa müddət komandaya rəhbərlik edən Ange Postekoglu ilə birlikdə Forestdə qısaömürlü məşqçi siyahısına daxil olub. Postekoglu komandanın sükanı arxasında cəmi 39 gün qala bilmişdi.
Böyük Britaniyanın Baş naziri Kir Starmer “Mançester Yunayted” klubunun ortaq sahibi Cim Retkliffin miqrasiya ilə bağlı səsləndirdiyi fikirləri kəskin tənqid edib və ondan üzr istəməyi tələb edib. 2020-ci ildən Monakoda yaşayan milyarder ölkədə sosial müavinət alanların sayının və miqrasiyanın yüksək olduğunu bildirib.
Portuqaliya millisinin baş məşqçi postuna 2026-cı il Dünya Kubokundan sonra Joze Mourinyonun namizəd göstəriləcəyi gözlənilir. Mediada yayılan məlumatlara görə, Portuqaliya Futbol Federasiyası ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Kubokunun ardından hazırkı baş məşqçi Roberto Martinesin müqaviləsinin başa çatması fonunda bu posta Joze Mourinyonu dəvət etməyi planlaşdırır.
Türkiyə futbolunun tanınmış simalarından, Qalatasaray klubunun sabiq futbolçusu Candemir Berkman dünyasını dəyişib. Klubun paylaşımında qeyd olunub ki, mərhumun cənazəsi 12 fevral 2026-cı il, cümə axşamı günü Levent Barbaros Hayrettin Paşa məscidində qılınacaq günorta namazından sonra Bəylərbəyi Küplücə qəbiristanlığında dəfn ediləcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançılar Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.