Azərbaycanın UFC-dəki nümayəndəsi Tofiq Musayev növbəti döyüşünə çıxıb. Gərgin üç raunddan sonra qalib müəyyənləşməsə də, hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsini elan ediblər — 29:28, 29:27, 30:27. Bu Musayevin UFC-də ilk qələbəsi olub.
ArabSport
İran milli futbol komandası Dünya Çempionatı öncəsi hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışı keçir. Komanda qarşıdakı yoxlama oyunlarına hazırlaşmaq üçün Türkiyənin cənubunda yerləşən Antalya şəhəri yaxınlığındakı Belek bölgəsində məşqlərini davam etdirir.
UFC prezidenti Dana Uayt rusiyalı MMA döyüşçüsü İslam Maxaçevin növbəti döyüşünün vaxtı ilə bağlı açıqlama verib. Daha əvvəl jurnalist Ruben Karter Maxaçevin növbəti rəqibinin irlandiyalı İan Qerri olacağını iddia edib. Məlumata görə, bu qarşılaşma mayın 30-da Səudiyyə Ərəbistanında keçiriləcək UFC 329 turniri çərçivəsində baş tuta bilər.
Azərbaycan millisi “FIFA Series - 2026” beynəlxalq turnirinin hazırlığına başlayıb. Yığmamız martın 27-si saat 19:00-da Sent Lüsiya, 30-u 19:00-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Qeyd edək ki, hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turniri başlayıb. 66 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov finala yüksəlmək üçün Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan idmançılarını ipponla məğlub edib.
Mançester Yunayted klubunun rəhbərliyi 2 milyard funt sterlinq dəyərində nəzərdə tutulan yeni stadion layihəsi üzrə planlaşdırma sənədlərini təqdim etməyə hazırlaşır. Məlumata görə, klub artıq torpaq sahələrinin birləşdirilməsi və layihənin tərəfdaşları ilə razılaşmalar üzərində intensiv iş aparır. Bu prosesin yaxın aylarda tamamlanacağı gözlənilir ki, bu da layihənin əsas mərhələlərindən biri hesab olunur.
Məlumata görə, “Qırmızı şeytanlar” yayda yarımmüdafiə xəttində ciddi dəyişikliklər etməyi planlaşdırır. Xüsusilə Kazemironun mövsüm sonunda komandadan ayrılacağı gözlənildiyindən, klub rəhbərliyi Premyer Liqa təcrübəsinə malik, enerjili oyunçu axtarışındadır.
İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirak formatı qeyri-müəyyən olaraq qalır. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, komandanın ABŞ-da keçirilməsi nəzərdə tutulan bütün oyunlarının Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar aparılır.
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir. 92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb.
Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlarda qüvvələrini sınamaq üçün yola düşüblər. Martın 9-dan 15-dək Berlin, Almaniya və Havirov, Çexiya şəhərlərində "WTT Youth Contender" turnirləri təşkil olunacaq.
Ziraat Türkiyə Kubokunun C qrupunun dördüncü turunda "Qaziantep FK" öz meydanında Fənərbaxçanı qəbul edəcək. Qaziantep stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da (Bakı vaxtı ilə) başlayacaq. Görüşün baş hakimi Adnan Dəniz Kayatepədir. Super Liqada ard-arda iki oyunda xal itirən və Avropa kubokları ilə vidalaşan fənərlilər kubokda yoluna davam etmək üçün mütləq qalib gəlməlidir. Qrup mərhələsinə "Beşiktaş" məğlubiyyəti ilə başlayan İstanbul təmsilçisi, daha sonra "Bəyoğlu Yeni Çarşı" və "Ərzurumspor FK" üzərində qələbə qazanaraq vəziyyətini qismən düzəldib. Hazırda qrupda 3-cü sırada qərarlaşan Fənərbaxçanın birbaşa növbəti mərhələyə yüksəlməsi üçün bu qarşılaşmadan üç xalla ayrılması şərtdir.
Avropanın klublar səviyyəsində bir nömrəli turniri olan UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nion şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib. Tanınmış sabiq xorvat futbolçu İvan Rakitiçin iştirakı ilə reallaşan püşkatma nəticəsində "Qalatasaray"ın bu mərhələdəki rəqibi İngiltərə təmsilçisi "Liverpul" olub. Püşkə əsasən, "sarı-qırmızılılar" ilk oyunu öz meydanında — "Rams Park"da keçirəcək, cavab matçı isə səfərdə oynanılacaq. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları 10-11 mart, cavab qarşılaşmaları isə 17-18 mart tarixlərində baş tutacaq. Cari mövsümün final matçı isə 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.