Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb. 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.
ArabSport
“Mançester Yunayted” İtaliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli ilə maraqlanır. Turin klubu aparıcı futbolçusunu “qırmızı şeytanlar"a istədikləri təklifi edə biləcəyi təqdirdə buraxacaq.
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir. Yarışda Azərbaycanı qadın güləşi üzrə milli komanda təmsil edir. Turnirin dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb. Nərgiz Səmədova (53 kiloqram) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.
“Real Madrid” futbol klubu ilə iki dəfə Avropa Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olmuş ispaniyalı keçmiş futbolçu Manolin Bueno 86 yaşında vəfat edib. Bu barədə klubun rəsmi saytında məlumat yayıb.
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı gələcəyi sual altına düşüb. Portuqaliyalı ulduzun, “Liverpul”un hücumçusu Mohamed Salahın Səudiyyə Ərəbistanı Pro Liqasına transfer olunacağı təqdirdə klubdan ayrılacağı iddia olunur.
Beynəlxalq yayımçı olan "FOX Sports" Səudiyyə Pro Liqası ilə əməkdaşlığı dayandırıb. Bu barədə "Speedline" "X" platformasında məlumat yayıb.
"Fənərbağça" Türkiyə Kubokunda növbəti oyununu keçirib. C qrupunda yer alan İstanbul klubu III turda "Ərzurumspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça"nın qollarını Marko Asensio və Anderson Talişka (2) vurublar. Qonaq komandadan isə Mustafa Fəttahoğlu fərqlənib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "futbolda mərc" və "danışılmış oyunlar" iddiaları ilə bağlı 5-i həbsdə olan 52 şübhəli barəsində ittihamnamə hazırlanıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb. Hazırlanmış ittihamnamədə "Zonguldakspor Futbol Klubu AŞ" cinayətdən zərərçəkmiş tərəf, "Ankaraspor" və "Nazillispor" isə "maddi məsuliyyət daşıyan" tərəflər kimi yer alıb.
Fənərbaxça Klubunun prezidenti Sadettin Saran dünya futbolunun tanınmış ulduzlarından olan Enqolo Kantenin transferinin uğurla yekunlaşması münasibətilə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Saran bununla bağlı yaydığı açıqlamada Kante transferinin həm Fənərbaxça, həm də ümumilikdə Türk futbolu üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
"Arsenal" evdə "Çelsi"ni 1-0 hesabı ilə məğlub edərək İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb. Yeganə qolu Kay Haverts vurdu (90+7-ci dəqiqə). Arsenal ilk oyunu 14 yanvarda səfərdə 3-2 hesabı ilə qazandı.
Barselonanın gənc ulduzu Lamin Yamal klubdakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. La Masia akademiyasının yetirməsi olan 18 yaşlı hücumçu Kamp Nounu heç vaxt tərk etməmək arzusunda olduğunu vurğulayıb. Yamal bildirib ki, dünyanın ən yaxşı klubu və ən gözəl şəhəri hesab etdiyi Barselonada “əbədi qalmaq” istəyir.
Səudiyyə Ərəbistanının Əl-Nəsr klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu klubdan ayrılmaq ehtimalı ilə gündəmə gəlib. Buna səbəb futbolçunun rəhbərliyin transfer siyasətindən narazı qalması və mümkün boykot qərarı ilə bağlı yayılan məlumatlardır. Portuqaliya mətbuatında yer alan məlumatlara görə, Ronaldo Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondunun (PIF) Əl-Nəsrə yanaşmasından narazıdır.