Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Oskar Piastri Formula-1 Niderland Qran-prisinin qalibi olub

    31 Avqust 2025 20:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Oskar Piastri Formula-1 Niderland Qran-prisinin qalibi olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Avstraliyalı pilot, “Mclaren” komandasının üzvü Oskar Piastri 2025-ci il mövsümünün Formula-1 dünya çempionatının 15-ci mərhələsi olan Niderland Qran-prisinin qalibi olub.

    AzerVoice xəbər verir ki, yarışlar Zandfort avtodromunda keçirilib.

    İkinci yeri Niderlandı təmsil edən və “Red Bull” komandasının pilotu Maks Ferstappen tutub. İlk üçlüyü isə “Racing Bulls” komandasının fransalı sürücüsü İsak Hacar tamamlayıb. Bu, onun “Formula-1”də debüt mövsümündə ilk podium uğuru olub.

    Ümumi pilotlar siyahısında ikinci yerdə olan britaniyalı Lando Norris güc qurğusunda yaranan problemə görə yarışı başa vura bilməyib. O, 65-ci dövrədə, Piastrinin arxasında gedərkən mübarizəni dayandırmalı olub.

    Hazırda Piastri 309 xalla pilotların ümumi sıralamasına başçılıq edir. İlk üçlüyə həmçinin Norris (275 xal) və Ferstappen (205 xal) daxildir. Konstruktorlar Kubokunda isə “Mclaren” 584 xalla birinci yerdə qərarlaşıb. Onu “Ferrari” (260 xal) və “Mercedes” (248 xal) izləyir. Hər iki “Ferrari” pilotu Niderland Qran-prisini başa vura bilməyib.

    Qeyd edək ki, növbəti mərhələ 5–7 sentyabr tarixlərində İtaliyanın Monza avtodromunda keçiriləcək.

    #Formula 1 #Ferrari #Formula-1 #Maks Ferstappen #Oskar Piastri #Lando Norris #McLaren pilotları 2025 #Oskar Piastri nəticə #Formula 1 2025 nəticələri #Niderland Qran-prisi #Red Bull #Mercedes
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lando Norris Macarıstanda son cəhdlə poul qazandı, Həmilton rekord fürsətini əldən verdi

    25 İyul 2026 20:07

    Antonelli Belçika Qran-prisində poul mövqeyini qazanıb

    18 İyul 2026 20:31

    Gənc pilotdan Britaniya Qran Prisində möhtəşəm qələbə

    4 İyul 2026 22:28

    Corc Rassel Avstriya Qran-Prisi üçün poul qazanıb, Verstappen qəzaya düşüb

    27 İyun 2026 20:14

    Yeni Ferrari HC25 rəsmən təqdim olundu (FOTO)

    16 May 2026 23:33

    Tarixdə bu gün – 11 May

    11 May 2026 00:01

    Cadillac Formula 1 mövsümünü tarixin ən güclü CT5-V Blackwing modeli ilə qeyd edir (FOTO)

    3 May 2026 17:52

    2027-ci il model Mercedes-Benz GLS təqdim olundu: Yeni texnologiyalar və fərqli V8 mühərriki

    1 Aprel 2026 07:33

    Elektrikli 2027 Mercedes-Benz GLC nə zaman təqdim ediləcək

    24 Mart 2026 07:56

    Bəhreyn və Səudiyyə Ərəbistanında Formula 1 yarışları ləğv edildi

    16 Mart 2026 10:07

    Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün paddok tikintisinə başlanıb

    3 Mart 2026 14:42

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    7 Dekabr 2025 19:53
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.