Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.Yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst Yürüş keçiriləcək. yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək. Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq. Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.
#Formula-1
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci il “Formula-1” dünya çempionatının 16-cı mərhələsi olan İtaliya Qran-prisinin qalibi olub. İkinci və üçüncü yerləri “McLaren” komandasının sürücüləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri tutublar. Qeyd edək ki, növbəti mərhələ 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək.
Avstraliyalı pilot, “Mclaren” komandasının üzvü Oskar Piastri 2025-ci il mövsümünün Formula-1 dünya çempionatının 15-ci mərhələsi olan Niderland Qran-prisinin qalibi olub. İkinci yeri Niderlandı təmsil edən və “Red Bull” komandasının pilotu Maks Ferstappen tutub. İlk üçlüyü isə “Racing Bulls” komandasının fransalı sürücüsü İsak Hacar tamamlayıb. Bu, onun “Formula-1”də debüt mövsümündə ilk podium uğuru olub.
“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, 2025-ci il “Formula-1” dünya çempionatının 14-cü mərhələsi olan Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Britaniyalı pilot, "McLaren" komandasının üzvü Lando Norris “Formula-1” üzrə çempionatın 11-ci mərhələsi olan Avstriya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub.