Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Arab+ / ArabSport
    ArabSport

    Badminton tarixində ilk - Avropa çempionatına 4 kateqoriyada 6 idmançımız yollanır

    20 Fevral 2025 21:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Badminton tarixində ilk - Avropa çempionatına 4 kateqoriyada 6 idmançımız yollanır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan badminton üzrə Avropa çempionatında ilk dəfə 4 kateqoriyada təmsil olunacaq.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, aprel 8-13-də Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasən qitə çempionatında iştirak hüququ qazanıb.Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında şəxsi kateqoriyada həm İspaniya, həm də İngiltərədən olan rəqiblərinə qalib gələn Edi Reski Dviçayo 25537 xalla yarışa vəsiqəni təmin edib.

    Bakıdakı çempionatında İngiltərə və Danimarkadan olan rəqiblərini məğlub etməklə reytinq xalını 28347-yə yüksəldən Keişa Fatimə Zəhra isə qadınların şəxsi mübarizəsində iştirak etmək hüququ qazanıb. Hər iki badmintonçumuz püşk zamanı səpələnmişlər siyahısında yer alacaq.

    Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu tandeminin toplanan 14595 reytinq xalı sayəsində müvafiq kateqoriyada qitə çempionatında qüvvəsini sınayacaq. Qarışıq qoşa kateqoriyasında isə bu imkanı 10171 reytinq xalına sahib Cahid Əlhəsənov və Həcər Nuriyeva cütü əldə edib.

    Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa çempionatlarında bütün kateqoriyalar üzrə mütəmadi iştirakını təmin etməkdir.

    #Azərbaycan Badminton Federasiyası #Badminton üzrə Avropa çempionatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərəb futbolunda qalmaqal: 'Əl-Nəsr'in yeni müqavilələrinə veto qoyuldu

    22 Avqust 2026 17:44

    Ulduzlarla dolu "Əl-Hilal" komandasında nələr baş verir?

    21 Avqust 2026 13:26

    Qapısında 15 qol görən Misir yığmasında istefa: Məhəmməd Kamalın səlahiyyətinə son qoyuldu

    19 Avqust 2026 12:09

    Səudiyyə Kral Kubokunda böyük şok: "əl-İttifaq" ardıcıl üçüncü il aşağı liqa klubuna uduzdu

    19 Avqust 2026 09:48

    Fransada tarix yazan ilk səudiyyəli - Səud Əbdülhəmid Fransa Superkubokunun qalibidir

    17 Avqust 2026 10:44

    Qətərdə keçirilən İdman Yayı Festivalı ciddi marağa səbəb olub

    13 Avqust 2026 12:56

    “İnter Mayami” Neymarı transfer etmək istəyir

    10 Avqust 2026 11:18

    Misir qadın həndbol yığması dünya dördüncüsü oldu

    10 Avqust 2026 07:22

    İraq Asiya kubokuna hazırlıq çərçivəsində İran və İordaniya ilə qarşılaşmağı planlaşdırır

    10 Avqust 2026 07:19

    "Liverpul" Qakponu satmaq niyyətində deyil

    3 Avqust 2026 16:03

    "Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

    31 İyul 2026 19:58

    MDB Oyunları: Azərbaycan badmintonçuları 4 kateqoriyada 1/4 finala yüksəliblər

    3 Oktyabr 2025 15:45
    XƏBƏR LENTİ

    ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb

    Formula 1 üçün Azərbaycana gələn əcnəbilərə viza proseduru sadələşdirilir

    Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

    Ərəb Uşaq Ədəbiyyatı üzrə Beynəlxalq Mükafata 475 müraciət daxil olub

    BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

    Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib

    Küveyt Neft Şirkəti kibertəhlükəsizlik xidmətləri üzrə tender elan edib

    ABŞ-nin regionun gələcəyində yeri olmayacaq - İran generalı

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.