Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü (Qəbələ, Azərbaycan) çərçivəsində Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi dövlət statusunda qoşulması ilə bağlı mühüm qərar qəbul edilib. Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin təşəbbüsü və bütün Türk Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır. Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunub saxlanılması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.
Türkmənistan
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttaki arasında telefon danışığı keçirilib. Danışıq zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
"Energetika sahəsində Türkmənistanı etibarlı tərəfdaş kimi görürük. Macarıstan müxtəlif ölkələrdən qaz idxal edir və ümid edirik ki, yaxın vaxtlarda Türkmənistan Avropaya, xüsusilə də ölkəmizə qaz ixracçısına çevriləcək"- deyə Aşqabadda keçirilən İqtisadi əməkdaşlıq üzrə Türkmənistan–Macarıstan hökumətlərarası komissiyasının altıncı iclasında çıxış edən Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Şərq əlaqələrinin inkişafı üzrə dövlət katibinin müavini Adam Ştifter bildirib.
Səfirin sözlərinə görə, Aşqabad ilə Pakistan arasında iki saatlıq uçuşun bərpası 240 milyondan çox əhalisi olan ölkənin vətəndaşlarına təkcə Türkmənistana asanlıqla səfər etmək imkanı yaratmayacaq. Bu həm də “Türkmenhowaýollary” şirkətinin Avropa, Rusiya, Çin, Uzaq Şərq və Asiya-Sakit okean regionuna uzanan beynəlxalq şəbəkəsindən istifadəni təmin edəcək.
AzerVoice xəbər verir ki, müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Əfqanıstan xalqına humanitar yardım göndərilməsi barədə fərman imzalayıb. Türkmənistan rəsmiləri bildiriblər ki, bu təşəbbüs qədimdən gələn insani dəyərlərə əsaslanır və ölkənin həm daxildə, həm də beynəlxalq müstəvidə humanist siyasətini əks etdirir.
Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin təşkilata üzv dövlətlərə təbii qaz tədarükünü artırmağa hazır olduğunu bəyan edib.
Çinə rəsmi səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov adına Uşaqlara Yardım Fondunda müalicə işləri üzrə vitse-prezident Oqulcahan Atabayeva ilə Çin Xalq Respublikasının təhsil naziri Huay Szinpen arasında görüş keçirilib.
Türkmənistan və Özbəkistan arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunub. Bu məqsədlə Türkmənistan “Türkmənhava yolları” Dövlət Xidmətinin rəhbəri Dövran Saburov ilə Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov arasında müvafiq sənəd imzalanıb.
“Avaza” milli turizm zonasında Türkmən Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Mirziyoyevin Türkmənistana səfəri Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin yüksək səviyyəli üçtərəfli görüşündə iştirak çərçivəsində baş tutub.
Mirziyoyevi rəsmi mərasimlə qarşılayan Türkmənistan tərəfini Nazirlər Kabinetinin sədr müavini Nökerguly Atagulyyev təmsil edib. Qarşılanma mərasimindən sonra nümayəndə heyəti “Avaza” milli turizm zonasına yola düşüb.Səfər çərçivəsində Mirziyoyevin Türkmən xalqının Milli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə ikitərəfli danışıqlar aparacağı planlaşdırılır.
Türkmənistan ilə ABŞ arasında diplomatik əlaqələr 1992-ci il aprelin 10-da qurulub. Bu müddət ərzində iki ölkə BMT, ATƏT, BVF və Dünya Bankı kimi nüfuzlu qurumlarda əməkdaşlıq edib, qarşılıqlı təşəbbüsləri dəstəkləyib. Regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi ön plana çıxır.