2026-cı ilin may ayında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 592 milyon 576 min dollara bərabər olub. 2026-cı ilin yanvar-may aylarında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq, 3 milyard 53 milyon 387 min dollara bərabər olub.
Türkiyə
Türkiyənin paytaxtında genişmiqyaslı yenidənqurma və modernləşdirmə işlərindən sonra Ankara Hava Limanı rəsmi olaraq istifadəyə verilib. Səkkiz ay ərzində tamamlanan layihə çərçivəsində hava limanı beynəlxalq standartlara uyğunlaşdırılıb və genişgövdəli təyyarələrin qəbuluna hazır vəziyyətə gətirilib. Açılış mərasimində Türkiyə Prezidenti Recep Tayyip Erdoğan iştirak edib. Dövlət başçısı hava limanına ilk eniş edən şəxs olub və tədbirdə geniş nitqlə çıxış edib.
2026-cı ilin may ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq, 741 milyon 192 min dollara bərabər olub. 2026-cı ilin yanvar-may aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 3 milyard 868 milyon 822 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 9 milyard 233 milyon 102 min dollar məbləğində tekstil məhsulları ixrac edib.
ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra İranın xarici işlər naziri Abbas Araqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrin məlumatına görə, tərəflər telefon söhbəti zamanı ABŞ və İran arasında aparılan danışıqlar prosesini və əldə olunan razılaşmanı müzakirə ediblər. İranın xarici işlər naziri Abbas Araqçi danışıqlar zamanı ABŞ ilə aparılan müzakirə prosesinə verdiyi töhfələrə görə Türkiyəyə təşəkkürünü bildirib. O, Ankara tərəfindən göstərilən diplomatik dəstəyin və vasitəçilik səylərinin prosesə müsbət təsir göstərdiyini vurğulayıb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ və İran arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirib. O qeyd edib ki, ABŞ və İran arasında əldə olunan anlaşma regional və qlobal sabitliyin güclənməsinə, insani və iqtisadi itkilərin azalmasına töhfə verə bilər.
ABŞ-də süzülmüş yoqurt istehsalı ilə tanınan Chobani qısa müddətdə dünyanın ən məşhur qida markalarından birinə çevrilib. Şirkət yüksək zülallı yunan tipli yoqurtları ilə bazarda inqilab yaradaraq ABŞ-də bu məhsul kateqoriyasının geniş yayılmasına səbəb olub. Sonradan fəaliyyət sahəsini genişləndirən şirkət bitki mənşəli məhsullar, yulaf əsaslı içkilər, qəlyanaltılar və soyuq qəhvə bazarına da daxil olub.
Türkiyə rəqəmsal transformasiya sahəsində yeni mərhələyə qədəm qoyur. Ölkədə 5G texnologiyasının tətbiqindən əldə olunan təcrübə və infrastruktur imkanları artıq növbəti nəsil rabitə texnologiyası olan 6G istiqamətində hazırlıqların başlanmasına şərait yaradıb. Bu barədə İstanbul Maliyyə Mərkəzində keçirilən Rəqəmsal Transformasiya Zirvəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Türkiyənin əsas müxalifət qüvvələrindən olan Cümhuriyyət Xalq Partiyasında daxili proseslərlə bağlı müzakirələr davam edir. Partiyada daha əvvəl açıqlanan ilk intizam qərarlarından sonra yeni ixrac qərarlarının gündəmə gəldiyi iddia olunur. Türkiyəli jurnalist Sinan Burhan televiziya proqramında çıxışı zamanı partiya daxilində yeni intizam tədbirlərinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Kamal Kılıçdaroğlu tərəfindən irəli sürüldüyü iddia olunan “təmizlənmə prosesi” çərçivəsində bəzi şəxslərin adları müzakirə olunur.
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında diplomatik və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğv edilməsini nəzərdə tutan saziş rəsmi şəkildə qüvvəyə minib. Yeni qərar iki ölkə arasında diplomatik əlaqələrin və qarşılıqlı səfərlərin daha da asanlaşdırılmasına yönəlib. Saziş 2026-cı il mayın 6-da Ankarada imzalanıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqləndikdən sonra rəsmi dövlət nəşrində dərc edilərək qüvvəyə minib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Ankaradakı səfiri, eyni zamanda Vaşinqtonun Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul edib. Regional təhlükəsizlik arxitekturası baxımından bu rəsmi təmas Ankaranın xarici siyasət kursunda yaxından izlənilən mühüm hadisə kimi qiymətləndirilir.
İstanbulda Axıska türklərinin deportasiyası tarixini və onların doğma torpaqlara qayıdış uğrunda mübarizəsini əks etdirən genişmiqyaslı sərgi təşkil olunacaq. Məlumata görə, ekspozisiya Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi, Dünya Axıska Türkləri Birliyinin koordinasiyası və muzeyçilik sahəsi üzrə mütəxəssis Bəstə Gürsunun kuratorluğu ilə hazırlanıb.
Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının rəhbər orqanlarının son iclasında əsas diqqətin ölkənin təhlükəsizlik gündəliyinə və “Terrorsuz Türkiyə” strategiyasına yönəldilməsinin vacibliyini vurğulayıb.