#Türkiyədə son xəbərlər

Türkiyənin Manisa vilayətinin Salihli rayonunda oksigen balonlarının doldurulduğu məntəqədə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Partlayış sənaye zonasında yerləşən “Kavas Oksigen Doldurma” məntəqəsində yerli vaxtla saat 08:27-də baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Diyarbakır vilayətinin Ergani rayonunda baş verən faciə nəticəsində iki uşaq həyatını itirib, bir uşaq isə ağır yaralanıb. Məlumata görə, hadisə rayonun kənd ərazisində yerləşən ibtidai məktəbin həyətində qeydə alınıb. Məktəbin həyətindəki ağaca ildırım düşməsi nəticəsində ağacın altında olan üç uşaq xəsarət alıb.