Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Hakan Fidan: İsrail sülh istəmir, müharibənin uzanma riski var

    21 Mart 2026 19:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hakan Fidan: İsrail sülh istəmir, müharibənin uzanma riski var
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin atəşkəs və sürətli sülh prosesinə maraq göstərmədiyini bildirərək, Yaxın Şərqdəki müharibənin daha uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.

    VOA xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra mətbuata açıqlama verən nazir prosesin gedişatında ABŞ-ın mövqeyinin həlledici olacağını vurğulayıb. Hakan Fidanın sözlərinə görə, İsrail ABŞ-a təsir edərək atəşkəsin qarşısını almağa və müharibəni mümkün qədər uzadaraq İrana daha çox zərər verməyə çalışır. Nazir qeyd edib ki, İsrail rəhbərliyi özü üçün vacib hesab etdiyi hərbi və sənaye hədəflərini tamamilə məhv etmədən əməliyyatları dayandırmaq niyyətində deyil.

    Körfəz ölkələrinin hazırda intensiv hücumlara məruz qaldığını diqqətə çatdıran nazir Fidan, bu ölkələrin öz hava sahəlarini və bazalarını İrana qarşı istifadəyə verməyəcəklərini bəyan etdiklərini xatırladıb. O, İranın təkcə hərbi obyektləri deyil, həm də mülki infrastrukturu və iqtisadi hədəfləri qəsdən hədəf aldığını, bu vəziyyətin region ölkələrini əks-tədbirlər görməyə məcbur edə biləcəyini vurğulayıb. Nazir Türkiyənin ilk gündən həm İsrailin yayılmaçılıq siyasətinə, həm də İranın müharibəni regiona yaymaq cəhdlərinə qarşı çıxdığını bildirib.

    Diplomatik səylərin davam etdirildiyini qeyd edən Hakan Fidan, Türkiyənin regionda sabitlik axtarışında olduğunu və rəsmi Ankara tərəfindən irəli sürülən təkliflərin münaqişənin həlli üçün böyük əhəmiyyət kəsb etdiyini əlavə edib. O, həmçinin Avropa İttifaqı ilə münasibətlərə toxunaraq, Türkiyənin üzvlük hədəfinin dəyişməz qaldığını, lakin Avropada bu prosesi irəli aparacaq siyasi iradənin ortaya çıxmasının vacibliyini ifadə edib.

    #Bakı #Hakan Fidan: İsrail sülh istəmir #müharibənin uzanma riski var #AzerVoice: Türkiyənin xarici işlər naziri Körfəz ölkələrindəki vəziyyəti dəyərləndirib #Nazir Fidan ABŞ-ın tutumunun müharibənin taleyində həlledici olacağını bildirdi #Ankara həm İsrailin yayılmaçılığına #həm də İranın hərəkətlərinə qarşıdır #Körfəz ölkələri hava sahasını İrana qarşı hərbi əməliyyatlara bağlayıb #Hakan Fidan: Türkiyəyə olan etibar müharibə fonunda daha da artıb
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    İraqın hava qalxanının qurulmasına start verildi - ölkə səmasını kim qoruyacaq?

    Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır

    Səudiyyə Ərəbistanı SDF-nin Suriya ordusuna inteqrasiyasını dəstəklədi

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

    Mansur Yavaş CHP-də siyasətə davam edəcək

    Ferrari BƏƏ-də qadınlar üçün yarış keçirəcək

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    Özbəkistan Prezident Administrasiyasının rəhbəri Ərəb Media Sammiti 2026-nın əsas məruzəçisidir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.