Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası

    17 Mart 2026 20:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    16 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AlmaU İdarəetmə Universitetinin nümayəndə heyətini qəbul edib.

    VOA xəbər verir ki, görüşdə Almatı İdarəetmə Universitetinin (AlmaU) prezidenti, təsisçisi və rektoru, doktor Assılbek Kojaxmetov, həmçinin AlmaU Sahibkarlıq və İnnovasiya Məktəbinin icraçı direktoru Ksenia Yujaninova-Karadenizli iştirak ediblər.

    Görüş zamanı tərəflər arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, türk dünyasının ortaq mədəni irsinin tədqiqi və təbliği istiqamətində ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadilə proqramlarının təşviqi, eləcə də innovasiya və sahibkarlıq sahəsində təcrübə paylaşımı məsələləri müzakirə olunub.

    Fondun prezidenti professor Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən beynəlxalq layihələr və nəşr proqramları barədə ətraflı məlumat verərək, bu kimi əməkdaşlıqların türk dünyasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
    Öz növbəsində, doktor Assılbek Kojaxmetov AlmaU İdarəetmə Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi, innovativ təhsil modelləri və həyata keçirilən təşəbbüslər barədə məlumat təqdim edib, Fond ilə gələcək birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib.

    Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası
    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası
    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası
    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası
    Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq: Elm və mədəniyyət inteqrasiyası
    #Bakı #Aktotı Raimkulova AlmaU nümayəndə heyətini qəbul edib: Ortaq irs diqqət mərkəzində #Türk Mədəniyyət və İrs Fondu ilə Qazaxıstanın AlmaU Universiteti arasında yeni əməkdaşlıq #AzerVoice: Türk dünyasında elmi inteqrasiya - Fond və AlmaU-nun birgə layihələri #AlmaU prezidenti Assılbek Kojaxmetov Bakıda mühüm görüşlər keçirib #Təhsil və mədəniyyət qovşağında: AlmaU və Türk İrs Fondundan strateji addım #Türk dünyası ali təhsil müəssisələri ilə əlaqələr genişlənir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19
    XƏBƏR LENTİ

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.