Bakı. AzerPress:
Türkiyə kiber təhlükəsizliyini yerli tətbiqlərlə təmin edir.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Türkiyənin Kiber İnsidentlərlə Mübarizə Mərkəzi vasitəsilə kibertəhlükəsizlik üzrə milli və beynəlxalq əməkdaşlıq quraraq kiber təhdidlərə qarşı effektiv mübarizə aparırıq. Tamamilə yerli və milli olaraq inkişaf etdirdiyimiz Ovçu, Azad, Qasırğa, Atmaca və Kule kimi tətbiqlərimizlə ölkəmizin kiber təhlükəsizliyini təmin etdiyimizi qürurla vurğulamaq istərdim. Bu günə qədər öz proqram təminatımızla saysız-hesabsız kiberhücumların qarşısını almışıq", - deyə o qeyd edib.
Nazir Uraloğlu onu da bildirib ki, 2023-cü ildə Oxford Insight tərəfindən nəşr olunan "ölkələrin süni intellekt indeksi" hesabatına görə 193 ölkə arasında Türkiyə 47-ci yerdə qərarlaşıb.