#ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff

Görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, keçmiş müşaviri Cared Kuşner, Dövlət Katibi Marko Rubio və Britaniyanın keçmiş baş naziri Toni Bleyer iştirak edib. ABŞ mətbuatına istinadən, iclasda Qəzzanın humanitar böhrandan çıxışı və siyasi gələcəyi ilə bağlı çoxsaylı mövzular ətraflı şəkildə müzakirə olunub. X platformasında yayılan məlumatlar, görüşün Qəzzadakı vəziyyətin sabitləşdirilməsi və İsrailin təhlükəsizlik maraqlarının ön planda tutulduğunu göstərir.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Ağ Evdə Qəzza ilə bağlı genişmiqyaslı toplantının keçiriləcəyini açıqlayıb. Vitkoff, iclasda Qəzzaya humanitar yardımın təşkili və münaqişədən sonrakı dövrün idarə edilməsi ilə bağlı mühüm qərarların qəbul ediləcəyini bildirib. Vitkoff, “Ümid edirik ki, ilin sonuna qədər Qəzza, İran və Ukrayna da daxil olmaqla bütün böhranları həll edəcəyik,” deyərək, bu həftə bir sıra görüşlərin planlaşdırıldığını qeyd edib. Lakin ABŞ administrasiyası Qəzzadakı humanitar böhrana və İsrailin hərbi əməliyyatlarına qarşı sərgilədiyi zəif reaksiya səbəbindən tənqid olunur.