#edam cəzası

İran hökuməti İsrail üçün casusluq və kəşfiyyat əməkdaşlığı etməkdə təqsirli bilinən Gholamreza Khani Shekarabı edam edib. Beynəlxalq insan hüquqları təşkilatları edamları tənqid edib və uzun müddətdir İranı Çin-dən sonra ən çox edam həyata keçirən ölkələrdən biri olmaqda ittiham edirlər.

İran hakimiyyəti İsrail üçün casusluq etməkdə ittiham olunan bir şəxsin edam edildiyini bildirib. Məlumata görə, İrfan Kayani adlı şəxs ölkədə yanvar ayında baş verən etirazlar zamanı təxribat xarakterli fəaliyyətlərdə iştirak etməkdə və “terror mühiti yaratmaqda” günahlandırılıb.

Hakimiyyət orqanları məhkumun kimliyini, həbs tarixi və konkret ittiham detallarını açıqlamayıb. Lakin “AFP” agentliyinin bildirdiyinə görə, o, “müharibə aparmaq” və “yer üzündə fəsad törətmək” ittihamları ilə təqsirli bilinib. Bu iki maddə İran qanunvericiliyində ən ağır cinayətlər hesab olunur və ölüm cəzası ilə nəticələnir. Son aylarda İran hökuməti “Mossad üçün işləməkdə” ittiham olunan bir sıra şəxslərin həbsi və edamını elan edib. Ötən çərşənbə günü isə İsrail və ABŞ lehinə casusluqda ittiham edilən şəxslər üçün cəzaları sərtləşdirən yeni qanun qüvvəyə minib.

ABŞ Prezidenti Donald Trump, Vaşinqtonda federal edam cəzasının tam şəkildə tətbiqi üçün fərman imzalayıb. Ağ Evdən verilən açıqlamada, federal prokurorların bölgədəki uyğun işlərdə edam cəzası tələb edə biləcəyi vurğulanıb. Eyni zamanda baş prokuror və Vaşinqton bölgə prokuroruna, Vaşinqtonda törədilən və edamı tələb edən cinayətlərdə federal ədalət hakimiyyətindən maksimum səviyyədə istifadə etmələri tapşırılıb. “Prezident Trump, DC-də (Vaşinqton) ən ağır cinayətkarlarə qarşı edam cəzası qanununu tətbiq etməklə, ölkəmizin paytaxtını ziyarət edən və orada yaşayan bütün amerikalılar üçün təhlükəsizlik və cinayətkarların qanun qarşısında ən sərt nəticələrlə üzləşməsini təmin etmək əzmində olduğunu göstərir.” - deyə açıqlamada qeyd edilib.

İran məhkəmə hakimiyyətinin məlumatına görə, ölkədə İsrail kəşfiyyatı lehinə casusluqda ittiham edilən Babək Şahbazi edam olunub. Məhkəmənin rəsmi saytı “Mizan Online” bu gün açıqlama yayaraq bildirib ki, “Şahbazi barəsində çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu səhər asılmaqla icra edilib”. İran mediasının məlumatına görə, Şahbazi ölkədəki server otaqları və hərbi-təhlükəsizlik obyektləri ilə bağlı məlumat toplamaq üçün soyutma sistemləri quraşdırıcısı kimi fəaliyyətindən istifadə edib.

Məlumata əsasən, İŞİD üzvü olduğu iddia edilən Mehdi Əsgərzadə Suriya və İraqda hərbi və ideoloji təlim keçməkdə, Suriyada döyüş əməliyyatlarında iştirak etməkdə və İranda hücum planlaşdırmaqda ittiham olunub. Mossad-a casusluqda ittiham edilən Ruzbeh Vadinin isə ölkənin mühüm dövlət qurumlarından birində çalışdığı, sosial media üzərindən əlaqə saxladığı İsrail kəşfiyyatı nümayəndələri ilə Avstriyanın paytaxtı Vyanada görüşdüyü bildirilib. O, həmçinin İsrailin hücumlarında öldürülən iranlı nüvə alimi haqqında məlumat ötürməkdə təqsirli bilinib