Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti baş naziri və Dubay hakimi Şeyx Məhəmməd bin Rəşid Al Maktum ölkənin dövlət idarəçiliyində köklü dəyişiklik edəcək yeni strateji hədəfi elan edib. Şeyx Məhəmməd bildirib ki BƏƏ yaxın iki il ərzində federal hökumət xidmətlərinin əlli faizini süni intellekt agentləri vasitəsilə təqdim etməyi planlaşdırır. Sosial media hesabında paylaşım edən lider bu addımın ölkəni dünyanın ən texnoloji inkişaf etmiş dövlətinə çevirmək məqsədi daşıdığını vurğulayıb.
#Süni intellektin müharibədə rolu
Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, nüvə enerjisi, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə 7 memorandum imzalayıblar. Cənubi Koreya Prezidenti Li Çje Myon və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Abu Dabidə görüşüblər. Li Çje Myon BƏƏ-ni “qardaş ölkə” adlandıraraq, ölkəsinin BƏƏ ilə “əsrlik dostluq qurmaq üçün geniş əməkdaşlığa hazır olduğunu” bildirib.
Mask, iki şirkətin App Store-da inhisar yaratmaq və rəqibləri sıxışdırmaq üçün əlbir olduğunu iddia edir. İddia Apple və OpenAI-ın eksklüziv razılaşmasının xAI-in Grok və X platforması kimi məhsullarını App Store-da marjinallaşdırdığını vurğulayır. Şikayətdə, ChatGPT-nin Siri və Apple Intelligence-ə inteqrasiyasının digər süni intellekt proqramlarının görünürlüyünü azaltdığı qeyd olunur. Mask daha əvvəl Apple-ın App Store komissiya dərəcələrini tənqid etmiş və 2021-ci ildə Epic Games-in iddiasını dəstəkləmişdi. OpenAI-nin həmtəsisçisi olmasına baxmayaraq, şirkətin kommersiyalaşmasını əsassız sayaraq 2024-cü ildə ona qarşı məhkəmə iddiası qaldırıb. Keçən il Apple-OpenAI əməkdaşlığından sonra Musk, Tesla, SpaceX və X-də Apple cihazlarının istifadəsini qadağan edəcəyini açıqlayıb.
Bu gün ChatGPT, Gemini, Claude və Grok kimi süni intellekt botları milyonlarla insan tərəfindən istifadə olunur. Lakin bunlar süni intellektin yalnız başlanğıcıdır. Əsl məqsəd – insan zəkanısını bütün sahələrdə üstələyəcək süni super zəka (ASI) yaratmaqdır. Texnologiya şirkətləri bunu “gələcəyin Ay səfəri” adlandırır.
OpenAI yeni ChatGPT Agentini təqdim edib - tapşırıqları yerinə yetirəcək və internetdə sərbəst hərəkət edə biləcək.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2030-cu ilə qədər süni intellekt sistemlərinin əsaslandığı məlumat mərkəzləri dünya üzrə elektrik enerjisi istehlakının 3 faizini təşkil edə bilər – bu isə mövcud səviyyənin ikiqatıdır.