#Ağdam

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Vətən müharibəsinə həsr olunan “44” bədii filminin çəkilişləri başa çatıb və komanda post-prodakşn işlərinə başlayıb. Layihənin ərsəyə gəlməsi üçün peşəkar komanda yaradılıb. Film üzərində işlər ümumilikdə 4 il davam edib, çəkilişlər isə 2 il ərzində Bakı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Lerik, Şuşa və digər bölgələrdə aparılıb.

Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.

Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.

Braziliyalı futbolçu Olavio Juninyo yenidən Qarabağa transfer olunub. Klub rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnib və 29 yaşlı hücumçu Ağdam təmsilçisinin formasını bir daha geyinəcək. Onun qayıdışı hücum xəttində rəqabəti artırmaqla yanaşı, komandanın Avropa arenasındakı mövqelərini gücləndirmək məqsədi daşıyır.

Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi gələn il sonunadək başa çatdırılacaq. Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında üsusi nümayəndəsi Emin Hüseynov bildirib. O bildirib ki, hazırda qeyd olunan dəmir yolu xəttinin tikintisi aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib. İlk qatar bu gün saat 07:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb. Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.