AzerVoice xəbər verir ki, BMT-nin himayəsi altında keçirilən beynəlxalq konfransdan sonra Qətər, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələr daxil olmaqla 17 ərəb dövləti birgə bəyannamə imzalayıb.
#İsrail və HƏMAS müharibəsi
Məlumatda qeyd olunur ki, bu ehtimallar HƏMAS rəhbərliyi daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Eyni zamanda, hərəkat İsrail ordusunun Qəzza zolağında israilli əsirləri azad etmək məqsədilə hərbi əməliyyat həyata keçirə biləcəyindən də narahatdır.
Yeni girovların azad olunması ilə bağlı məsləhətləşməni biraz əvvəl başa vurdum. Dünən və ondan əvvəlki gün də görüşlərimiz olub. İsrail nümayəndə heyəti Qətərdən qayıtdıqdan sonra səylərimizi bir an belə dayandırmamışıq.
Qadağaya münasibət bildirən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” (keçmiş “Twitter”) platformasında yazaraq bildirib ki, “Avropanın bütün ölkələrinə girişim qadağan edilsə belə, ölkəm üçün mübarizə aparacaq, HƏMAS-ın məhvini və döyüşçülərimizin dəstəyini davam etdirəcəyəm.”
HƏMAS ABŞ-ın atəşkəs danışıqlarından çıxmasına dair qərarından və ABŞ rəsmilərinin danışıqların dayanmasına görə HƏMAS-ı günahlandıran bəyanatlarından təəccüblənib.
Bronxteyn beynəlxalq ictimaiyyətin 40 ildir İsrail-Fələstin probleminin iki dövlətli həll yolunu müzakirə etdiyini bəyan edərək, Fransanın Fələstini tanımaq qərarının “terrorizmi təşviq etdiyi” ittihamlarına reaksiya verib.
İsrail HƏMAS-la aparılan danışıqlarda girovların azad olunması və Qəzzada atəşkəsə nail olunması məsələlərində heç bir güzəştə getmək niyyətində deyil.
ABŞ rəsmiləri, HƏMAS-ın atəşkəsə dair cavabının Qəzza zolağında razılaşmaya real istək göstərmədiyini əsas gətirərək, Dhoa şəhərindəki nümayəndə heyətini geri çağırmaq qərarına gəliblər.
HƏMAS, beynəlxalq ictimaiyyəti Qəzza zolağında baş verənlər qarşısında səssiz qalmaqda ittiham edərək, mülki əhalinin aclıq və susuzluqdan ölməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərilməsinə çağırıb.
İsrailin HƏMAS-la danışıqlar apardığı nümayəndə heyəti Qətəri tərk edib.
İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir.
HƏMAS daxilindəki rabitə problemləri, İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və girov mübadiləsi ilə bağlı danışıqların irəliləməsinə əngəl törədir.