#Müdafiə Nazirliyi

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Qeyd edilib ki, Milli Qəhrəman, Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Sənəd qəbulu 18 sentyabr – 25 oktyabr tarixlərdə regional sənəd qəbulu mərkəzlərində və elektron qaydada olmaqla iki formada həyata keçiriləcəkdir. Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə şəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində (Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56), Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən "Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb. Bu münasibətlə birgə təlimin iştirakçıları üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi 80 dəqiqəlik mətbuat konfransında qalmaqallı bəyanatlarla çıxış edib. O, öz siyasətlərinin avtoritar meyillər daşıdığı barədə ittihamlara cavab verib. “Çoxları deyir ki, bəlkə də biz diktator istəyirik. Mən diktatorları sevmirəm, mən diktator deyiləm. Mən sağlam düşüncəyə sahib, ağıllı bir insanam.”-deyə o qeyd edib.