Avropanın “istəklilər koalisiyası” Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi tərəfindən, görüşün həmsədrləri adından yayılan bəyanata Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers də qoşulub.
#Rusiya-Ukrayna müharibəsi
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər avqustun 15-də Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək. Bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə olunması üçün səylər göstərəcək. Bu barədə Fransa prezidenti Emmanuel Makron, Avropa liderləri və Trampın iştirakı ilə keçirilən onlayn görüşdən sonra açıqlama verib.
Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəs əldə olunacağı halda Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılması imkanını nəzərdən keçirir, lakin buna qədər bütün məhdudiyyətlər qüvvədə qalacaq.
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Amerikalılar Ukrayna üçün vəsait xərcləmək istəmir və ABŞ Prezidenti Donald Tramp bu münaqişənin maliyyələşdirilməsinə son qoymaq niyyətindədir.
Kiyev Avropa liderlərinin Ukrayna və Avropa maraqlarını qorumaqla sülhün təmin edilməsinə dair bəyanatını yüksək qiymətləndirir və dəstəkləyir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Avropanın Ukrayna münaqişəsinin həlli prosesində fəal iştirak etməsi vacibdir. Bu fikri Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra səsləndirib.
Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb. Putin və Uitkoff Moskvadakı Kreml sarayında görüşüblər. Kremldən verilən açıqlamada Putinin ABŞ prezidenti Trampın nümayəndəsi Uitkoff ilə görüşünün məhsuldar və konstruktiv keçdiyi bildirilib. Ukrayna müharibəsinin müzakirə edildiyi görüş təxminən üç saat davam edib.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzza zolağında davam edən müharibə və Ukraynadakı gərgin münaqişə ilə bağlı dərin təəssüfünü bildirib.
Ukrayna Rusiya ilə 1 200 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.