25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
#Humanitar fəlakət Qəzza
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə hava və artilleriya hücumları həyata keçirib, nəticədə 20 fələstinli həyatını itirib.
İtaliya xalqının təkidli çağırışı və dəstəyi ilə Qəzzaya humanitar yardım aparan “Hanzala” (Handala) gəmisi ikinci dəfə Gallipoli limanından yola salınıb.
Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin Fələstin siyasətinə yönəlmiş ittihamların tamamilə əsassız olduğunu bildirərək, bu siyasəti qaralamaq və ictimaiyyəti siyasi motivlərlə yanlış yönləndirmək cəhdlərini qətiyyətlə rədd etdiyini bəyan edib.
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların ümumi sayı 58 895 nəfərə, yaralı sayı isə 140 980 nəfərə çatıb.
İsrail ordusu bu gün Fələstinlilərə Qəzza zolağının mərkəzindən təxliyə olunmaları barədə əmr verib.
İndiyədək Qəzza ərazisində, HƏMAS-ın əlində sağ olduğu güman edilən 20 girovun xilas edilməsi məqsədilə aparılan döyüşlər nəticəsində 446 israilli əsgər ölüb. Bu rəqəmə 7 oktyabr 2023-cü ildə həlak olan 444 əsgər daxil deyil.
UNICEF-in icraçı direktoru Catherine Russell BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda Qəzzada davam edən müharibənin uşaqlar üzərində dağıdıcı təsirlərini açıqlayıb.
Bu ilin mart ayında Qəzza zolağına tam blokada tətbiq olunduqdan bəri aclıq nəticəsində azı 67 uşaq həlak olub.
Qətərin paytaxtı Dohada aparılan atəşkəs danışıqları fonunda İsrail ordusu son 48 saat ərzində Qəzza zolağında təxminən 250 hədəfə hava zərbələri endirib.
Bu gün səhər saatlarında İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 28 fələstinli həyatını itirib.
O deyib ki, HƏMASın hələ də 50 girovu əlində saxladığı bildirilir və onlardan yalnız 20-nin sağ olduğuna inanılır.