Müraciətdə İsrailin hücumları və blokadası nəticəsində humanitar böhran yaşayan Qəzza zolağında aclığın sürətlə yayıldığını bildirərək,bölgənin bütün əhalisinə ərzaq çatdırmaq üçün yardımın miqyası dərhal artırılmalı olduğunu qeyd edib.
#Humanitar fəlakət Qəzza
AzerVoice xəbər verir ki, İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 12-si uşaq, 15-i qadın olmaqla 36 fələstinli həyatını itirib.
Durbinin sözlərinə görə, kütləvi aclıq səbəbindən Qəzza xəstəxanalarında körpələr həyat uğrunda mübarizə aparır. O, İsrailin baş naziri Binyamin Netanyahudan Qəzza zolağına humanitar yardımın dərhal çatdırılması üçün icazə verməsini tələb edib.
AzerVoice xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdüləti, BMT-nin beynəlxalq konfransında çıxışında qeyd edib.
Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin elmi tədqiqatları dəstəkləmək üçün Horizon Europe proqramına çıxışının məhdudlaşdırılmasını tələb edib.
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Faysal bin Fərhan bəyan edib ki, bölgədə təhlükəsizlik, sabitlik və rifahın təməli Fələstin xalqına ədalət bərpa olunmasından keçir. O, 1967-ci il 4 iyun sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının zəruriliyini vurğulayıb.
Həmçinin, İsrail ordusunun 19 yanvar tarixində əldə olunan atəşkəsi pozaraq martın 18-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda 8 755 fələstinlinin həlak olduğu, 33 192 nəfərin yaralandığı bildirilib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzadakı müharibənin dayandırılması, humanitar yardımların daxil olması və iki dövlətli həllin dəstəklənməsi üçün beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Trampa çağırış edib.
Qəzza zolağında dərinləşən aclığın qarşısını almaq üçün bütün sərhəd keçidlərinin dərhal və tam şəkildə açılması vacibdir.
AzerVoice xəbər verir ki, Hökumətin Qəzzadakı media ofisi bu barədə bəyanat yayıb. İsrailin körpə qidası və humanitar yardımın girişini məhdudlaşdırması səbəbindən Qəzza Zolağında aclıqdan ölənlər artıb, 1 yaşdan kiçik 40 mindən çox körpə isə qidalanma çatışmazlığı səbəbindən “yavaş ölüm” təhlükəsi ilə üz-üzədir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katib müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.
ABŞ-ın keçmiş prezidenti Barak Obama İsrailin Qəzzada hərbi əməliyyatlarını dayandırmağa və Qəzza xalqına humanitar yardım çatdırmağa çağırıb.