#Qlobal iqlim dəyişikliyi

Mütəxəssislər qlobal temperatur artımının indiyədək qəbul edilən proqnozlardan xeyli sürətlə getdiyini müəyyən edərək iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq ediblər. Alimlər təcili “toparlanma planı”nın hazırlanmasına çağırır, bildirirlər ki, dünya həm qlobal isinmənin real sürətini, həm də bunun iqtisadi nəticələrini ciddi şəkildə qiymətləndirməyib. Böyük Britaniyanın Exeter Universitetinin hazırladığı yeni hesabatda qlobal temperaturun əvvəlki elmi modellərdə nəzərdə tutulduğundan daha sürətlə artdığı vurğulanır. Hesabata əsasən, mövcud tendensiyalar davam edərsə, Yer kürəsinin 2050-ci ildən əvvəl sənayeöncəsi dövrlə müqayisədə 2 dərəcədən artıq isinməsi artıq yüksək ehtimal kimi qiymətləndirilir.

Türkiyə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının ən yüksək qərar orqanı olan COP (Taraflar Konfransı)-na tarixində ilk dəfə başçılıq etməyə hazırlaşır. Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum, Prezident Recep Tayyip Erdoğanın qərarı ilə COP31-ə prezident olaraq təyin edilib. Murat Kurum sosial media hesabında paylaşdığı açıqlamada, COP31 prezidenti seçilməsinin onun üçün böyük bir şərəf olduğunu bildirib. Nazir vurğulayıb ki, Türkiyənin COP31-ə ev sahibliyi qlobal iqlim siyasətində müəyyənedici rolunu artırır və ölkəni iqlim dəyişikliyi ilə mübarizədə yol göstərən aktor vəziyyətinə gətirir.

Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı iqlim dəyişikliyinin artıq abstrakt təhlükə yox, real təhlükə olduğunu bəyan edib. Japarov vurğulayıb ki, ŞƏT-ə üzv ölkələrin birgə fəaliyyəti qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynaya bilər.