#Münhen Təhlükəsizlik Konfransı

Fələstinin xarici işlər naziri Varsen Ağabekyan iki dövlətli həll modelini dəstəkləyən və beynəlxalq hüquqa inanan ölkələrin Fələstin Dövlətini tanımalı olduğunu bəyan edib. Ağabekyan qeyd edib ki, İsrailin davam edən hücumları səbəbindən tam və davamlı atəşkəs təmin olunmayıb. O, humanitar yardımların mövcud ehtiyacları qarşılamadığını, eyni zamanda işğal altındakı Qərb Sahilində torpaqların mənimsənilməsi prosesinin davam etdiyini vurğulayıb.

NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, bütün kəşfiyyat hesabatları və siyasi təhlillər müharibə başa çatdıqdan sonra Rusiyanın daha da təhlükəli hala gələcəyini göstərir. Şekerinska Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında “Avropalılar, birləşin. Daha çətin dünyada yenidən söz sahibi olmaq” adlı paneldə çıxış edib.

Çin Xarici İşlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa, Almaniya və Britaniyalı həmkarları ilə görüşərək Pekini etibarlı tərəfdaş kimi təqdim edib. Nazir vurğulayıb ki, Çinin inkişafı Avropa üçün təhdid deyil, əksinə bir fürsətdir və tərəflər rəqib yox, tərəfdaş kimi hərəkət etməlidir. Görüşlər Avropa İttifaqının Çindən strateji asılılığı azaltmaq cəhdləri və elektrikli avtomobil ixracı ilə bağlı yaranan rüsum mübahisələri fonunda baş tutub. Van İ Avropanı "rasional və praqmatik" siyasət yürütməyə çağıraraq, birtərəfli addımların və proteksionizmin qlobal sabitliyə zərər verdiyini bildirib. O, iqtisadi əlaqələri "təməl daşı" adlandırıb və qarşılıqlı asılılığın təhlükəsizliyə risk yaratmadığını qeyd edib.