İraqın Baş naziri Əli əz-Zeydi ölkədə sənaye şəhərlərinin yaradılması, hava limanlarının tikintisi və dəmir yolu xətlərinin çəkilməsini nəzərdə tutan İnkişaf Yolu layihəsinə xüsusi diqqət yetirilməsini tapşırıb. İraq Baş Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zeydi Milli İnvestisiya Şurasına baş çəkərək ölkənin müxtəlif vilayətlərində həyata keçirilən investisiya layihələri və onların icra mexanizmləri ilə tanış olub.
#İraq iqtisadiyyatı
İraq bazarlarında ərzaq və istehlak mallarının qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb. Bahalaşma fonunda həm sahibkarlar, həm də vətəndaşlar alıcılıq qabiliyyətinin azalmasından və satışların zəifləməsindən şikayət edirlər. Yerli satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbləri nəqliyyat xərclərinin yüksəlməsi, idxal olunan bəzi məhsullara tətbiq edilən əlavə rüsumlar və qlobal tədarük zəncirində yaranan problemlərdir.
İraqda korrupsiya ittihamı ilə yüksək vəzifəli şəxslərə qarşı aparılan genişmiqyaslı həbslər fonunda ölkənin son onilliklərdə korrupsiya səbəbindən nə qədər iqtisadi zərərə məruz qaldığı yenidən gündəmə gəlib. İraq hökumətinin açıqlamasına görə, indiyədək maliyyə və inzibati korrupsiya işləri üzrə 21 yüksək vəzifəli şəxs saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində hüquq-mühafizə orqanlarının əməliyyatları davam edir.
ABŞ administrasiyası İraqa nağd dollar göndərişlərini müvəqqəti dayandırıb və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının bir hissəsini dondurub. Bu addımın məqsədinin Bağdadı İranla əlaqəli silahlı qrupların ləğvinə təşviq etmək olduğu bildirilir.
ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.
Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb. Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.
İraqda son həftələrdə müşahidə olunan sakitlik, hökumətlə İrana bağlı silahlı qruplar arasında qeyri-rəsmi razılaşmaya əsaslanır.
Müqtəda əs-Sədr korrupsiyaya etiraz olaraq 2025-ci il İraq parlament seçkilərini boykot etdiyini açıqlayıb və siyasi səhnədən müvəqqəti çəkildiyini bəyan edib.