#İraq siyasəti

ABŞ Prezidenti Donald Trump Tom Barrack-ı İraq və Suriya üzrə Prezidentin Xüsusi Nümayəndəsi təyin etdi. Barrack bundan sonra ABŞ-ın Yaxın Şərq siyasətində strateji qərarvermədə önəmli rol oynayacaq. Dövlət Katibi Marko Rubio onun bilik və əlaqələrinin regionda ABŞ maraqlarını müdafiə etməyə xidmət edəcəyini vurğulayıb. Bu təyinat ABŞ-ın diplomatik idarəetməsini və regiondakı mövqelərini gücləndirmək məqsədi daşıyır.

İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçmək üçün iclas keçiriləcəyini bildirdi. Parlamentdən edilən yazılı açıqlamaya görə, prezident seçkisi üçün aprelin 11-də yenidən iclas təşkil olunacaq. İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir.

İraqın neft naziri Hayyan Əbdülqəni Ceyhan limanı vasitəsilə neft ixracının bu gün və ya sabah başlayacağını açıqlayıb. İraqın rəsmi agentliyi olan İNA-nın verdiyi xəbərə görə, Kərkükə səfər edən neft naziri Əbdülqani Türkiyə üzərindən neft ixracının bərpası ilə bağlı açıqlamalar verib. "Ceyhan Limanı vasitəsilə neft ixracı bu gün və ya sabah başlayacaq. KRG ilə razılaşmadan sonra birinci mərhələdə gündəlik 80 min barel neft ixrac edəcəyik" - deyə Əbdülqəni qeyd edib.