Türkiyə, Suriyanın sabitliyi və təhlükəsizliyi, eləcə də bölgənin əmin-amanlığı üçün, başda terror təşkilatları ilə mübarizə olmaqla, Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirməkdə və ‘Tək Dövlət, Tək Ordu’ prinsipini dəstəkləməkdə qərarlıdır. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib.
#Suriyada hərbi əməliyyatlar 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində səfərdə olduğu ABŞ-ın Nyu-York şəhərində diplomatik fəaliyyətlərini davam etdirir. Ərdoğan, Nyu-Yorkdakı Türk Evinə yerləşən diplomatik nümayəndəlikdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub. Məqalədə Ərdoğan regional sabitliyin təmin olunmasında Suriyanın roluna xüsusi diqqət yetirib. O bildirib ki, 2011-ci ildən bu yana Suriyada davam edən münaqişələr yüz minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı didərgin salıb və ölkədə ciddi dağıntılara səbəb olub. Ərdoğanın sözlərinə görə, bu gün bütün Yaxın Şərqdə sabitliyin bərqərar olunması üçün Suriyanın yenidən qurulması və bərpası qaçınılmazdır.
Suriyada Xalq Məclisi üzrə Yüksək Seçki Komissiyası Xalq Məclisinə üzvlük seçkilərinin 5 oktyabr bazar günü keçiriləcəyini elan edib. Komissiyanın ABŞ mərkəzli Meta şirkətinə məxsus Facebook platformasındakı hesabında yayımlanan açıqlamada, seçki tarixinin hicri təqvimə görə 1447-ci ilin Rəbiül-axır ayının 13-nə, miladi təqvimə görə isə 2025-ci il 5 oktyabr tarixinə təsadüf edəcəyi bildirilib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə ilə Suriya arasında fasiləsiz beynəlxalq quru yol daşımalarının 13 ildən sonra yenidən başladığını bildirib. Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Suriya arasındakı quru yolu daşımaları ilə bağlı məlumat verib. Uraloğlu iki ölkə arasında daşımaların bir müddətdir fasiləli şəkildə həyata keçirildiyini xatırladıb.
Türkiyə, Suriya hökumətinin öz birliyi və bütövlüyünü qorumaq üçün atacağı hər cür tədbirə dəstək verəcək. Bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü tuğamiral Zəki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən bildirib. Nazirlik mənbələri Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırıb.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi görüşdən sonra bəyanatla çıxış edib. Nazir Fidan çıxışında Suriyada yeni bir dövrün başladığını bildirib. Onun sözlərinə görə, bu yeni prosesdən narahat olan bəzi qüvvələr vəziyyəti mənfi istiqamətə yönəltməyə çalışır. Fidan bildirib ki, Süveyda bölgəsində baş verən hadisələrdə əsas rol oynayan qüvvələrdən biri İsraildir və İsrail bölgədə nüfuzunu genişləndirməyə çalışır.
Suriyada yeni müvəqqəti parlamentin sentyabr ayında formalaşdırılacağı açıqlanıb. Bu barədə Suriya rəsmiləri bazar günü rəsmi bəyanat yayıblar.
Parisdə ABŞ vasitəçiliyi ilə baş tutan Suriya və İsrail nümayəndə heyətlərinin görüşü yalnız hərbi gərginliyin azaldılması və 1974-cü il atəşkəs razılaşmasının aktivləşdirilməsi ətrafında cərəyan edib. Tərəflər arasında hələlik heç bir yekun razılaşma əldə olunmayıb.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.
Suriyanın Suveyda şəhərində bədəvi ərəblər və aşiret qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasında baş verən toqquşmalarda həyatını itirənlərin sayı 426-ya yüksəlib.
Suriyadakı ərəb tayfaları cümə axşamı ölkənin cənubunda yerləşən Süveyda vilayətində yaşayan bədəvi tayfalarına dəstək məqsədilə ümumi səfərbərlik elan ediblər.