Osman ibn Affan Fil hadisəsindən altı il sonra Taifdə doğuldu. Qureyşin ən zəngin tacirlərindən olan atası Affan Cahiliyyə dövründə öldü. Anası Ərva bint Küreyz, Rəsulullahın bibilərindən olan Ümmü Hakim Beyza bint Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Ümeyyə) qəbiləsinin soyu Əbdümənaf b. Qusayda Həzrəti Peyğəmbərin nəsəbi ilə birləşir. Rəsul-i Əkrəmdən altı yaş kiçikdir. Gəncliyində atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin mühüm tacirləri sırasına daxil oldu. İslami dəvətin ilk mərhələsində Həzrəti Əbubəkrın vasitəçiliyi ilə Rəsulullahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Kübar təbəqədən olması səbəbindən İslamı qəbul etməsi Qureyş daxilində səs-küyə səbəb oldu. Əmisi Hakəm b. Əbül-As onu bağlayıb dinindən dönənə qədər açmayacağını söylədikdə Osman dinindən dönmədi. Qətiyyətini görüb onu açmaq məcburiyyətində qalan əmisindən sonra anası da çox çalışdı, lakin onu dinindən döndərə bilmədi. Osman qısa müddət sonra Həzrəti Peyğəmbərin qızı Ruqiyyə ilə evləndi. İslamın 5-ci ilində (615) xanımı ilə birlikdə ilk karvanla Həbəşistana hicrət etdi. Həbəşistanda doğulan və hicrətin 4-cü ilində (625-26) vəfat edən oğlu Abdullah səbəbindən özünə Əbu Abdullah ləqəbi verildi. Bir il sonra Həbəşistandan Məkkəyə qayıtdı və ardınca Mədinəyə hicrət etdi.
#Əməvilər
Ehtimal olunur ki, Əbu Müslim Xorasani hicri 100-cü (miladi 718-19) ildə İsfahan və ya Mərvdə doğulub. Onun mənşəyi və adı haqqında mənbələrdə fərqli məlumatlar verilir. Öz kəsdirdiyi sikkələrdə adı Abdurrahman b. Müslim şəklində keçsə də, bəzi mənbələrdə İbrahim b. Osman, Quderz və Büzürqmihrin nəvəsi İbrahim, Vendad Hürmüzün oğlu Behzadan olaraq da qeyd edilmişdir. Əbu Müslimin etnik mənşəyi dəqiq məlum deyil. Ərəb olmamaqla yanaşı, türk və ya fars əsilli olduğuna dair də qəti bir məlumat yoxdur. Uşaqlıq illərini Əməvi əleyhdarı siyasi və sosial fəaliyyətlərin mərkəzi olan Kufədə keçirdiyi anlaşılan Əbu Müslim, Əbu Duləf əl-İclinin babası İdris b. Maqilin himayəsində böyümüş, onun oğlu ilə birlikdə oxumuş və Quranı əzbərləmişdir.
İbadilik, Abdullah b. İbad tərəfindən qurulan və günümüzə qədər varlığını davam etdirən, xəlifəliyin Qureyş qəbiləsinə məxsus olmadığını müdafiə edən mötədil xarici təriqətidir.
Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuşdur. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuk döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir.
İslamın ilk dövrlərində ərəblər müxtəlif elmlərlə, xüsusilə də Yunan dilində yazılmış tibbi əsərlərin Cündişapurda süryanicəyə tərcüməsi sayəsində, maraqlanırdılar.
Tarixçilər arasında Əməvilər haqqında mövcud olan məlumatların əksəriyyətinin onların süqutundan sonra yazıldığı və onlara qarşı açıq düşmənçiliklə dolu olduğu barədə razılıq var.