#Türkiyə yük daşımaları

2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Kocaeli limanı 6 min 913 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Kocaeli limanı Türkiyə bayrağı altında üzən min 967, digər ölkələrin bayraqları altında üzən 4 min 946 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.

2025 - ci ilin yanvar - sentyabr ayında Türkiyənin Ambarlı limanı 14 milyon 866 min 780 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 1 milyon 760 min 44 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 13 milyon 106 min 736 ton yük daşınıb. 2025 - ci ilin yanvar - sentyabr aylarında Ambarlı limanından tranzit 8 milyon 530 min 559 ton yük aşırılıb.

2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 411 min 316 ton təşkil edib. “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 51 min 953 ton olub”, – deyə nazirlikdən bildirilib. Məlumatda bildirilib ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 582 min 543 ton transit yük daşınıb.

Bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 801 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 146 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 655 olub. 2025-ci ilin yanvar - sentyabr ayında Türkiyə limanları 47 min 630 gəmi qəbul edib.

2025-ci ilin sentyabr ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 10 milyon 464 min 382 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 7 milyon 777 min 825 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 2 milyon 686 min 557 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 35 milyon 628 min 48 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq, 15 milyon 802 min 790 nəfər, beynəlxalq reyslər üzrə isə 22,4 faiz artaraq 19 milyon 825 min 258 nəfər təşkil edib.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 8 milyon 538 min 155 ton kənd təsərrüfatı məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 172 min 503 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 365 min 652 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 21 milyon 233 min 39 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 749 min 196 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 19 milyon 483 min 843 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 18 milyon 377 min 811 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 62 milyon 506 min 229 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 72 min 417 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 58 milyon 433 min 812 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 21 milyon 447 min 130 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar- avqust aylarında Yunanıstandan Türk limanlarına 5 milyon 159 min 720 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan Türkiyə limanlarına 396 min 240 ton yük daşınıb. “Bu ilin yanvar- avqust aylarında Yunanıstandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 653 min 780 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

2025-ci ilin avqust ayında Türkiyənin Van Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq, 986 min 866 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 11 faiz azalaraq, 982 min 355 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq, 4 min 511 nəfər təşkil edib. 2025-ci ilin avqust ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq 9 min 771 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 9 min 677 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1,1 dəfə artaraq, 94 ton təşkil edib.