#Türkiyə yük daşımaları

2025-ci ilin oktyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 70 milyon 493 min 901 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,3 faiz artaraq, 15 milyon 14 min 942 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 55 milyon 478 min 959 nəfər təşkil edib.

2025-ci ilin oktyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 40 milyon 70 min 923 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 17 milyon 683 min 391 nəfər, beynəlxalq reyslər üzrə isə 23,9 faiz artaraq 22 milyon 387 min 532 nəfər təşkil edib.

Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib ki, Azərbaycandan Türkiyəyə gəlmək üçün havalanan C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Nazirliyin sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, "Azərbaycan-dan ölkəmizə gəlmək üzrə havalanan C130 yük təyyarəmiz Gürcüstanda düşüb. Axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanıb. Bu barədə ictimaiyyətə hörmətlə məlumat verilir."

Bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 578 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 972 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 606 olub. 2025-ci ilin yanvar - oktyabr ayında Türkiyə limanları 53 min 209 gəmi qəbul edib.

Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından 27 milyon 214 min 526 ton inşaat məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 554 min 801 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 25 milyon 659 min 725 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq inşaat məhsulları 5 min 716 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 820 min 801 ton təbii, 4 milyon 970 min 873 ton isə kimyəvi olmaqla ümumilikdə 5 milyon 791 min 674 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 144 min 491 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 5 milyon 647 min 183 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından 9 milyon 367 min 603 ton kənd təsərrüfatı məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 202 min 961 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 9 milyon 164 min 642 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından 23 milyon 706 min 302 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 919 min 635 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 21 milyon 786 min 667 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 24 milyon 87 min 836 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından 69 milyon 221 min 744 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 452 min 962 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 64 milyon 768 min 782 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 24 milyon 87 min 836 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

2025 - ci ilin yanvar - sentyabr ayında Türkiyənin Mersin limanı 28 milyon 492 min 232 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında üzən 1 milyon 762 min 322 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 26 milyon 729 min 910 ton yük daşınıb. 2025 - ci ilin yanvar - sentyabr aylarında Mersin limanından tranzit 136 min 145 ton yük aşırılıb.

2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Tekirdağ limanı 2 min 234 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Tekirdağ limanı Türkiyə bayrağı altında üzən 832, digər ölkələrin bayraqları altında üzən min 402 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.