Tədqiqatın nəticələrinə görə, suyun əmələ gəlməsi üçün şərait kainatın yaranmasından cəmi 100 milyon il sonra mövcud olub. Böyük Partlayışdan sonra hidrogen, helium və litiumun birləşməsi ilk ulduzları meydana gətirmiş, bu ulduzların partlayışı isə oksigen kimi ağır elementləri kainata yaymışdır. Simulyasiyalar göstərir ki, fövqəlnova partlayışlarının ilk saniyələrində temperatur və təzyiq ulduz qazlarının oksigenə çevrilməsi üçün kifayət qədər yüksək olub, nəticədə ayrılan qazlar soyuyaraq su molekullarının əmələ gəlməsinə şərait yaradıb. Tədqiqatçılar qeyd edirlər ki, fövqəlnova partlayışlarının qalıqları sıx metal diskləri əmələ gətirərək yeni ulduzlar və qayalı planetlərin meydana gəlməsinə imkan yarada bilər. Eyni zamanda, bir bölgədə bir neçə belə partlayışın baş verməsi suyun əmələ gəlməsi və kondensasiyasını artırır.
#kosmik kəşflər 2025
Sənədə əsasən nəqliyyat nazirinə kosmik buraxılış və yenidən giriş lisenziyaları üçün ekoloji yoxlamaları sürətləndirmək və ya ləğv etmək tapşırılıb. Məqsəd 2030-cu ilə qədər yeni kosmik fəaliyyətlərin və buraxılış tezliyinin artırılması ilə ABŞ-ın kosmosdakı mövqeyini möhkəmləndirməkdir. Bəyanatda bildirilib ki, köhnəlmiş və məhdudlaşdırıcı qaydalar ləğv olunacaq, kommersiya lisenziyası və icazə prosesləri sadələşdiriləcək. Kosmos limanı layihələrinin qiymətləndirilməsi ticarət nazirinə həvalə ediləcək və bu proses Müdafiə, Nəqliyyat Departamentləri, eləcə də NASA ilə əlaqələndiriləcək.
NASA Yerdən 40 işıq ili uzaqlıqda Yerə bənzər yeni planet kəşf edib.
2023-cü ilin noyabrında Nigerin Aqadez bölgəsində tapılan və bu günə qədər Yerdə aşkar edilmiş ən böyük Mars meteoritinə çevrilən NWA 16788 iyulun 16-da Sotheby's hərrac evində satışa çıxarılacaq.
Alimlər kainatın necə başladığına dair siqnal aşkarlayıb.
NATO kosmik sahədə ilk kommersiya strategiyasını təsdiqləyib.